01.04.2015 [12:32] - Gündəm, Diaspor
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyaya səfəri çərçivəsində bu ölkənin Senatının üzvləri Sergio Divina, Roberto Muro, Maria Rizzotti, Nunziante Consinglio və digər parlamentarilər ilə görüşüb.
Səfərin məqsədi barədə məlumat verən Azay Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışaraq Şuranın QHT-lərlə dövlət arasında körpü rolunu oynadığını deyib. Azay Quliyev Şuranın QHT-lərə konsultativ, məlumat, texniki, maliyyə və digər sahələrdə hərtərəfli dəstək verdiyini, indiyədək 3 min 500 layihəyə vəsait ayırdığını qeyd edib. Şura sədri bildirib ki, rəhbərlik etdiyi qurumun 11 üzvündən 8-i QHT, 3-ü isə müxtəlif dövlət orqanlarının təmsilçilərindən ibarətdir.
İtaliya-Azərbaycan əlaqələrindən bəhs edən Şura sədri qeyd edib ki, parlamentlərarası dostluq qruplarının fəaliyyəti münasibətlərimizin inkişafına töhfə verir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Azay Quliyev bildirib ki, Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün düşüb.
Şuranın gördüyü işlərin təqdirəlayiq olduğunu deyən senator Sergio Divina hökumət ilə QHT sektoru arasında əlaqələndirməni uğurla təmin etməyin önəmli amil olduğunu vurğulayıb. Müvafiq sahədə İtaliya təcrübəsindən bəhs edən S.Divina qeyd edib ki, QHT-lərlə dövlətin əməkdaşlığı bu qurumların müstəqil fəaliyyəti baxımından vacib faktordur. Senator ölkələrimiz arasında bu istiqamətdə təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.
Görüşdə həmçinin Azərbaycan qazını İtaliya vasitəsilə Avropaya daşıyacaq TAP layihəsinin önəmi vurğulanıb. Diqqətə çatdırılıb ki, bu layihənin reallaşması ilə Azərbaycan ilə İtaliya arasında əlaqələr daha da genişlənərək yeni mərhələyə qədəm qoyacaq.
Şura sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyanın əmək və sosial siyasət naziri Culiano Poletti ilə keçirilmiş görüşündə vətəndaşların cəmiyyətin həyatında fəal iştirakının vacibliyi ilə bağlı müzakirələr aparılıb və bu istiqamətdə ölkələrimizdə görülən işlərdən danışılıb.
Nazir görüşün hər iki ölkədə ictimai iştirakçılıq və vətəndaş cəmiyyətinin inkişafı sahəsində fikirləri bölüşmək və qarşılıqlı təcrübə mübadiləsi aparmaq baxımından əhəmiyyətli olduğunu vurğulayıb. “Azərbaycanda müvafiq istiqamətdə görülən işlərlə tanış olmaq bizim üçün çox maraqlıdır” - deyən nazir C.Poletti görüşün iki ölkənin dövlət qurumları arasındakı müsbət münasibətlərin nəticəsi olduğunu bildirib.
Rəhbərlik etdiyi qurumun yaranma tarixindən və fəaliyyətindən danışan Azay Quliyev Şuranın əsas məqsədinin vətəndaş cəmiyyətinin ictimai təşəbbüslərini dəstəkləmək və hökumət ilə QHT sektoru arasında əlaqələndirməni təmin etmək olduğunu bildirib: “Dəstəklədiyimiz layihələrin 75 faizi sosial yönümlüdür. Azərbaycanın bu sahədəki təcrübəsini italiyalı həmkarlarımızla bölüşməyə hazırıq”.
Şura sədri ötən il “İctimai iştirakçılıq haqqında” qanunun icrasına başlandığını və bununla bağlı ölkənin 33 rayonunda maarifləndirmə tədbirlərinin keçirildiyini deyib.
Nümayəndə heyəti səfər çərçivəsində İtaliyanın bir sıra tanınmış QHT-ləri ilə də görüşlər keçirib. “Be Free” Qadın QHT koalisiyasının prezidenti və İdarə Heyətinin üzvlərinə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı sahəsində görülən işlər, ictimai iştirakçılıq, qadınlar və uşaqlarla bağlı həyata keçirilən proqramlar, bu sahədə Şuranın maliyyələşdirdiyi layihələr haqqında geniş məlumat verilib.
Koalisiyanın prezidenti, xanım Françeska De Masi rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələrdən və dövlətlə əməkdaşlıq münasibətlərindən danışıb. Xanım Françeska De Masi vətəndaş cəmiyyətinin inkişafı və ictimai iştirakçılığın Azərbaycan modelinin İtaliya üçün örnək sayıla biləcəyini deyib. Koalisiya rəhbəri “Azərbaycanda qaçqın və məcburi köçkün qadınların problemlərinin Avropa ictimaiyyətinə təqdim olunmasına böyük ehtiyac var və təşkilatımız bu sahədə müəyyən işlər həyata keçirməyi düşünür” deyə bildirib.
“UniVerde” Fondunda keçirilən görüşdə qurumun prezidenti Alfonso Pecoraro Scanio təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycanın turizm potensialı və ətraf mühiti haqqında geniş məlumata malik olan, vaxtilə İtalyanın kənd təsərrüfatı və ətraf mühit naziri vəzifəsində çalışan Alfonso Pecoraro Scanio bu sahədə Azərbaycanın QHT-ləri ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Fondun rəhbəri Azərbaycanın müasir infrastruktura malik turizm imkanlarının və əsrarəngiz təbiətinin Avropada geniş təbliğ olunmasının vacibliyini qeyd edib.
SVİMEZ təşkilatında keçirilən digər görüşdə qurumun prezidenti Adriano Ciannola 1946-cı ildə yaradılmış bu QHT-nin ölkənin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına böyük tövhələr verdiyini vurğulayıb. Görüşdə təşkilatın İdarə Heyəti üzvlərinə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarına dövlət dəstəyi haqqında ətraflı məlumat verilib. A.Ciannola bu sahədə ölkəmizin təcrübəsinin öyrənilməsinə ehtiyac olduğunu qeyd edib.
Keçirilən bütün görüşlərdə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı sahəsində həyata keçirilən dövlət siyasətinin istiqamətləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumatlar verilib.
Mətbuat xidməti

Bu xəbər oxucular tərəfindən 1221 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |