01.04.2015 [12:36] - Gündəm, Bildiriş
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən 2015-ci ildə təşkil olunacaq sərgilərə hazırlıqlarla əlaqədar bu gün Rəyasət Heyətində növbəti iclas keçirildi. Akademiyanın sərgiyə qatılacaq elmi müəssisə və təşkilatlarının hazırlıq prosesinin gedişatı barədə məlumat verən sərginin rəhbəri, Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva qurumların hansı sərgi məhsulları ilə çıxış edəcəyini, sərgi üzrə təqdim olunacaq məhsulların növünü, formatını, müxtəlif müəssisələrə məxsus ixtira və eksponatların mövzu dairəsini işçi qrupunun diqqətinə çatdırdı. Bildirildi ki, 2-5 may tarixlərinə planlaşdırılan "XXII Beynəlxalq Xəzər neft və qaz sərgisi" (Caspian Oil & Gas) çərçivəsində düzənlənəcək konfransda ilk dəfə olaraq Akademiya da çıxışçılar sırasında yer alacaq. Sözügedən tədbir sayəsində dünya elmi ictimaiyyəti azərbaycanlı alimlərin uğurlu nailiyyətlərindən, araşdırmalarından xəbərdar olacaq ki, bu da öz növbəsində ölkə elminin beynəlxalq aləmə inteqrasiyasına xidmət edir.
İclasda AMEA-nın xüsusi maraqla hazırlaşdığı 70 illik yubileyə həsr olunmuş sərgidə nümayiş ediləcək məhsullar haqqında da geniş məlumat verildi. Sərgi məhsullarından bəhs edəcək və elmi tədqiqatların kompleks şəkildə əks olunduğu 70 illik yubileyə həsr olunmuş sərgi kataloqu ilə bağlı fikirlər bölüşən gənc alim və mütəxəssislər şuralarının sədrləri, işçi qrupunun üzvləri önəmli araşdırmaların göstəricisinə çevrilmiş materialların toplanmasına artıq başlandığını qeyd etdilər.
Tədbirdə sərgiyə hazırlıq mərhələsində bölmə üzrə işçi qrupuna daxil edilən gənc alim və mütəxəssislərin müşayiəti ilə növbəti günlərdən birində elmi müəssisə və təşkilatlarda görüləcək işlərlə bağlı görüş keçiriləcək.
Hörmətlə,
Gülnar Şamilova
AMEA Rəyasət Heyəti Aparatının
İctimaiyyətlə əlaqələr və
elmin populyarlaşdırılması İdarəsinin
İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi
Əlaqə:
(012) 497 53 81

Bu xəbər oxucular tərəfindən 858 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |