02.04.2015 [10:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Hüquq müdafiəçisi Cenevrə müzakirələri haqda məlumat verir
Bu yaxınlarda Cenevrədə BMT İnsan Hüquqları Şurasının 28-ci iclası ilə paralel olaraq İranda insan haqları durumu ilə bağlı tədbirlər və interaktiv dialoq toplantısı keçirilib. Tədbirlərdə müzakirə edilən əsas mövzulardan biri ölkədə etnik cəmiyyətlərin məruz qaldığı basqılar və ayrı-seçkiliklər olub. Həmin tədbirlərə qatılmış hüquq müdafiəçisi Şahin Xiyavlı Amerikanın Səsi ilə söhbətdə toplantılarda müzakirə edilən mövzular, eləcə də dialoqda iştirak edən güneyli fəallar və digər qeyri-fars qruplar haqqında məlumat verib. Davam
Şahin Xiyavlının sözlərinə görə, mart ayının 2-dən 27-yə qədər keçirilən BMT-nin növbəti iclası ilə bərabər müəyyən mövzularla bağlı panellər təşkil edilib. Diskussiyalarda müxtəlif ölkələrin təmsilçiləri, həmin ölkələrdəki insan haqları vəziyyəti üzrə Birləşmiş Millətlərin xüsusi nümayəndələri və tanınmış insan haqları fəalları və qurumları iştirak edib.
Güneyli fəal həmçinin Cenevrə Universitetində xüsusi olaraq İranda yaşayan qeyri-fars toplumların məsələləri üzrə həmin cəmiyyətlərin təmsilçilərinin iştirakı ilə “bir gün yarımlıq” seminar haqqında danışıb.
“Qeyri-fars qrupların həm siyasi təşkilatları həm də insan haqları qruplarından qatılanlar olmuşdu. Ərəb, bəluç, kürd və türkmən təşkilatlarının təmsilçiləri var idi. Türklərdən GADP, Birlik və Qurtuluş təşkilatları, Ərk Cəmiyyəti və mən də AHRAZ tərəfindən qatılmışdım... Dini azlıqlardan da bəhailər var idi...” deyə Şahin Xiyavlı tədbirlərdə iştirak etmiş qeyri-fars cəmiyyətlər və dini azlıqların təmsilçiləri ilə bağlı məlumat verib.
O, bunlardan əlavə bəzi beynəlxalq qururmlar, o cümlədən Minority Rights Group International, Center for Human Rights, Impact Iran, Cenevrə Universitetinin müəllimlərindən bir qrup, habelə Nobel mükafatı almış tanınmış iranlı hüquq müdafiəçisi Şirin İbadinin də bu tədbirlərə qatıldığını bildirib.
Xiyavlı tədbirlərdə müzakirə edilən mövzuları açıqlayıb:
“Qeyri-fars millətlərə qarşı tətbiq edilən təzyiqlər, edamlar və ana dili məsələsi gündəmə gəldi. Ayrıca, İranın nüvə proqramı ilə bağlı Qərb ölkələri ilə müzakirələrinin ölkədə insan haqları vəziyyəti üzərində buraxdığı təsir və qeyri-fars millətlərin arasında dialoq yaratmaq və birlikdə çalışmağın yolları haqqında danışıldı.”
Norveçdə yaşayan hüquq müdafiəçisi güneyli fəallar tərəfindən gündəmə gətirilən məsələləri ətraflı şəkildə izah edib:
“Özəlliklə siyasi məhbusların durumu danışıldı... Səid Mətinpur, Yeni GAMOH-un həbsdəki üzvləri, Dünya Ana Dili Günündə tutulan Əli Rzayi və Əlirza Fərşinin durumu və Əli Rzayinin həyat yoldaşı Şiva Dadaşzadənin işindən çıxarılması məsələsi gündəmə gəldi... Urmiyə Gölünün qurudulması ilə bağlı çoxlu bilgilər paylaşıldı. İranda türk qadınların iki-qat ayr-seçkiliyə məruz qalmasından söz edildi... Tədbirlərə qatılan türklər digər qeyri-fars qruplardan Azəri sözünü işlətməməyi tələb etdilər.”
Müsahibənin audiosunu qaynağımız olan aşağıdakı linkdən dinləyə bilərsiniz:
TIKLAYIN

Bu xəbər oxucular tərəfindən 814 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |