Şrift:
İran edam cəzalarının sayına görə Çindən sonra dünyada ikinci yeri tutur
02.04.2015 [10:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Beynəlxalq Əfv Təşkilatı 2014-cü ilin edam cəzaları hesabatını açıqlayıb


Edamın ən çox adam edildiyi ölkələr Çin, İran və Səudiyyə Ərəbistanı olub.

Hesabatda bildirilir ki, Çində edamın rəsmi sayı gizlədildiyi üçün tam rəqəmi təyin etmək çətinlik yaradıb. Ancaq hər il minlərlə adamı edam etdiyinə görə Çin dünyada birinci sayılıb. Edama məhkum olunanlar daha çox uyğur türkləridir.

Çindən sonra ən az ildə 289 nəfərlə İran, 90 nəfərlə Səudiyyə Ərəbistanı, 61 nəfərlə İraq, 35 nəfərlə isə 5-ci sırada Amerika Birləşmiş Ştatları gəlir.

Hesabatda, Çindəki məlumatlar istisna olmaqla, 2014-ci ildə dünyada 607 adamın edam edildiyi bildirilir.
Bu xəbər oxucular tərəfindən 735 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed