Şrift:
Türkiyənin sabiq prezidentini ömürlük həbs cəzası gözləyir
10.01.2012 [17:51] - Gündəm
Türkiyənin sabiq prezidenti, Baş Qərargah rəisi vəzifəsində 1980-ci il sentyabrın 12-də hərbi çevrilişə rəhbərlik edən 94 yaşlı Kənan Evreni qiyam təşkil etmək ittihamı üzrə ömürlük həbs cəzası gözləyir.

Ankaranın cinayət işləri üzrə məhkəməsi çərşənbə axşamı Evrenə qarşı ittiham qərarını baxılması üçün qəbul edib.

80 səhifəlik ittihamda qeyd edilir ki, 1980-ci il çevrilişindən sonra Türkiyə Prezidenti olan Evren və Şahinkaya qanuni hökuməti devirmək məqsədilə sui-qəsd təşkil edərək cinayət törədiblər.

İttihamda o da bildirilir ki, onlar həm çevriliş təşkil etmək, həm də hərbi rejim dövründə geniş tətbiq edilən işgəncələrə görə Cinayət Məcəlləsinin ciddi rejimdə ömürlük həbs cəzasını (həbsxanada) nəzərdə tutan 80 və 146-cı maddələrinə əsasən məsuliyyət daşımalıdırlar.

Çevrilişin iştirakçılarından yeganə sağ qalan Türkiyənin eks-prezidenti və HHQ-nin sabiq baş komandanının məhkəmə prosesinin başlama vaxtı hələlik məlum deyil.

Evren Ankara məhkəməsinin qərarına münasibətini bildirməyib. O, əvvəl bəyan edib ki, əgər məhkəməyə cəlb edilsə, intihar edəcək.
Bu xəbər oxucular tərəfindən 1017 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed