02.04.2015 [11:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Qərbi Azərbaycan əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin rəisi Bağır Bəhrami jurnalistlərə açıqlamasında Novruz tətillərində əyalətdə baş verən avtomobil qəzalarından danışıb.
Bağıq Bəhrami deyib ki, Novruz bayramının ilk tətil günlərində əyalətin müxtəlif şəhər və bölgələrində baş verən avtomobil qəzalarında ən azı 207 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanalara yerləşdirilib: “Qərbi Azərbaycan əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin maşınları martın 16-dan bu yana 188 dəfə ezamiyyətə göndərilib. Bu isə əyalətin müxtəlif şəhər və ya yollarında baş verən avtomobil qəzalarında xəsarət alanlara yardım göstərilməsi ilə əlaqədardır. Bu rəqəm ötən ilki ezamiyyətlərdən 48 faiz çoxdur.
Qərbi Azərbaycan əyalətinin Təcili Tibbi Yardım maşınları avtomobil qəzası baş verən sonra, hadisə yerinə orta hesabla 8 dəqiqədə gedib çatır. Halbuki bunun standard müddəti 14 dəqiqədir.
Bizim mərkəzin avtomobil qəzası qurbanlarına göstərdiyi xidmət, kənd yerlərinə gəldikdə o qədər də qənaətbəxş deyil. Bu isə, əyalət kəndlərinin yalnız 25 faizinə xidmət göstərilməsinin mümkünlüyü ilə əlaqədardır.

Bu xəbər oxucular tərəfindən 780 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |