02.04.2015 [12:04] - Gündəm, Siyasət
Çexiyanın Azərbaycandakı Səfirliyi viza üçün sənədlərin verilməsi prosesində edəcəyi dəyişikliklərlə Azərbaycan və xarici vətəndaşlarına xidməti daha da təkmilləşdirmək məqsədi ilə Bakıda Viza Mərkəzi açacaq.
Səfirlikdən verilən məlumata görə, mərkəzin açılması nəticəsində bəzi xoşagəlməz halların qarşısının alınması üçün sənəd qəbulunda dəyişikliklər aparılacaq.
Aprelin 6-dan başlayaraq viza üçün sənədləri həm viza mərkəzində, həm də Çexiya Səfirliyinin Konsulluq şöbəsində yalnız ilkin qeydiyyata düşməklə təqdim etmək mümkün olacaq. Qeydiyyat bazar ertəsi – cümə günlərində saat 09.00-dan – 13.00-dək və 14.00-dan – 16.00-dək aşağıda göstərilən telefon nömrəsi ilə keçiriləcək: +994 12 404 76 38
Aprelin 27-dən başlayaraq sənədlərin qəbulu ancaq qeydiyyata düşənlər üçün mümkün olacaq. Bu tarixdən etibarən qeydiyyata düşməyən şəxslərin sənədləri Çexiya Səfirliyinin Konsulluq şöbəsində və həmçinin Viza Mərkəzində qəbul edilməyəcək.
Viza Mərkəzi Bakı şəhəri, Xocalı prospekti 37, Demirçi Tower, 2-ci mərtəbə ünvanında yerləşəcək (Xətai metro stansiyasının yanında). Viza mərkəzinin rəsmi saytı: www.vfsglobal.com
Sənədlərin qəbulu bazar ertəsi-cümə saat 09.00-dan – 16.00-dək keçiriləcək. Pasportların verilməsi bazar ertəsi-cümə saat 11.00-dan – 17.00-dək keçiriləcək.
Mərkəz yalnız qısamüddətli şengen vizasına sənədləri qəbul edəcək. Uzunmüddətli viza üçün sənədlərin qəbulu və notarial xidmətlər (sənədlərin, imzaların təsdiqlənməsi və s.) əvvəllər olduğu kimi yalnız Çexiya Səfirliyinin Konsulluq şöbəsində həyata keçiriləcək.
Yeni qaydalarla və sənədlərin qəbulu ilə bağlı bütün məlumatları aşağıda göstərilən telefon nömrəsi vasitəsilə əldə edə bilərsiniz: +994 12 404 76 38.

Bu xəbər oxucular tərəfindən 693 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |