Şrift:
Azərbaycanlı tələbələr İsraildə istehsalat təcrübəsi keçəcəklər
03.04.2015 [10:13] - Gündəm, Diaspor
Azәrbaycan Turizm vә Menecment Universitetinin 30 tәlәbәsi istehsalat tәcrübәsi keçmәk üçün İsrailә yollanacaq.

Bununla əlaqədar keçirilәn tәdbirdә çıxış edәn Tәhsil Nazirliyinin Elm və tәhsil şöbәsinin müdiri Yaşar Əliyev bildirib ki, bu layihə Turizm vә Menecment Universitetinin İsrailin "Isrotel" hotellәr şәbәkәsi ilә birgә həyata keçirdiyi proqram әsasında reallaşır.

O vurğulayıb ki, bu cür layihәlәr Azәrbaycanda turizmin inkişafına tәkan verәcәk.

Sonra çıxış edәn universitetin rektoru Cәfәr Cәfәrov proqramın artıq 8-ci ildir hәyata keçirildiyini qeyd edib: "Әvvәlki 7 ildә 93 tәlәbә istehsalat tәcrübәsi üçün İsrailә göndәrilib. 10 gündәn sonra daha 30 tәlәbә gedәcәk".

İsrailin Azәrbaycandakı sәfiri Rafael Harpaz qeyd edib ki, bu kimi tәdbirlәr әlaqәlәr güclü olduğunu göstәrir: "Azәrbaycan güclü dostdur. Bizim әlaqәlәrimiz inkişaf edir. Bu kimi proqramlarla әldә edilәn insan kapitalı Azәrbaycanı daha da güclәndirәcәk".

Sonda 30 tәlәbәyә pasport vә vizaları təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 1070 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed