03.04.2015 [10:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları
"Güney Azərbaycan məsələsinin gündəmə gəlməsində, beynəlxalq birlik o qədər də maraqlı deyil"
Davam.az siyasi şərhçi Mirsamir Məmmədovun GünAz TV mətbuat mərkəzinə verdiyi müsahibəni təqdim edir:
-Mirsamir bəy, Güney Azərbaycan Milli Hərəkatı üçün milli kimlik məfkurəsi hansı önəmi daşıyır?
-Əvvəla bu gözəl sualınız üçün təşəkkür edirəm! Güney Azərbaycan insanı və milli hərəkatı üçün, milli düşüncə, millətçilik faktoru son dərəcə önəmli faktordur. Çünki 40 milyona yaxın böyük bir xalq, 14-15 milyon etnik fars yönətimində məhv olmağa məruz qalıb. Faktiki olaraq, İranın fars rejimi şovinist siyasət yeritməkdədir və ari irqinə məxsus fars mənşəli olmayan hər kəs təqib edilməkdədər, haqq-hüquqları tapdalanır, səsini çıxaranın dilini kəsməyə çalışırlar, başını çıxaran istənilən bir türkün belə demək mümkünsə, başı vururlur.
İranda heç bir söz azadlığı yoxdur, İran özünü İslam Respublikası adlandıraraq, əslində islam adı və bayrağı altında özünün çirkin oyunlarını, məkrli planlarını, iyrənc siyasətini həyata keçirtməkdədir. İranın islamla heç bir əlaqəsi və bağlılığı yoxdur. Adını və Risaləsini daşıdığı peyğəmbərinin və İmam Hüseynin yolundan azmış, özünün şəxsi siyasi və maddi maraqlarını həyata keçirtmək üçün, bu yoldan məharətlə istifadə edir. Reallıqda isə İmam Hüseyn buyurmuşdur ki, "Zillət Bizdən Uzaqdır!", amma İrana və onun iyrənc politikasına baxdıqda zillətdən uzaq bir hal görünürmü? Təbiiki xeyr! Bu durumda, İran fars respublikasını, qətiyyən İslama bağlamaq olmaz, bunun özü bir günah olardı. Görünən odurki, İslam adından istifadə edilir və fars siyasəti, fars Şovinizmi həyata keçirilir, digər xalqların isə haqq və hüquqları bir etnik millətin maraqları uğruna fəda edilir və vəhşicəsinə tapdanılır. Odur ki, Güney Azərbaycan xalqının qurtuluş yolu vahid millətçilik anlayışının və millətçilik ruhunun və bu məfkurənin oyanmasından keçir. Odurki, bunu çox əla bilən fars rejimi, məfkurənin və bu milli birlik ruhunun önünü kəsməyə çalışır, ilk olaraq 40 milyonluq bir xalqın öz ana dilinə qarşı genosid siyasəti yeridilir, ana dilindən istifadə qadağan edilir, ana dilində danışmaq, yazıb pozmaq yasaqlanır və cinayət sayılır. Eyni zamanda fars dövləti, Azərbaycanın keçmiş coğrafi adlarını tamam məhv edərək, o anlayışı da yaddaşlardan və beyinlərdən silməyə çalışır ki, milli birlik, milli qalxınma və ayaqlanma ruhu baş qaldırmasın. Azərbaycanın bütün coğrafi məkan adları dəyişdirilərək fars və erməni adlarıyla əvəzlənib. Bununla da fars rejimi, Azərbaycan adının kökünü kəsməyə çalışır. Bunlarla da kifayətlənməyən işğalçı rejim, Azərbaycanın və Azərbaycan xalqının qəddar və barışmaz düşməni olan işğalçı Ermənistana qucaq açmışdır, terrorçu Ermənistana qarşı son dərəcə mülayim və hümanist davranaraq, bütün ehtiyaclarını ödəməyə çalışır, Ermənistanın hər bir tələbatını təmin edir, var qüvvəsiylə dəstəkləyir, qoruyur və arxa çıxır. Bu, Qarabağ müharibəsində də belə oldu, indi də belə davam etməkdədir. Əslində İranın sərgilədiyi İslam anlayışı da burdan çox aydın görsənir. Əli müsəlman və özü də şiə müsəlmanlarının qanına bulaşmış terrorçuları, İran prezidentləri və xüsusən bilavasitə İranın Ali Dini Lideri Xamneyi tərəfindən Tehranda çox yüksək səviyyədə qarşılanaraq, böyük hörmət və ehtiram göstərilir. Bütün bunlarla bərabər, Ermənistan vətəndaşlarının və bütün ermənilərin İrana sərbəst girib çıxmaq, sərbəst İranda dolaşmaq izni var və eyni zamanda 500-600 minlik bir etnik erməni icmasının İranda erməni dilində danışmaq hüququ var, eyni zamanda İranda erməni məktəbləri və universitetləri var, erməni dilindəndən istifadə hüququna malikdir. Bütün bunlara əks olaraq isə, müsəlman və şiə azərbaycanlılar bütün bu haqq-və hüquqlardan məhrumdur. Tam aydındır ki, İran din adından sadəcə maraqlar maraqlar naminə istifadə edir, öz maddi maraqları naminə terrorçu və işğalçı Ermənitanla tam qardaş mövqedən çıxış edir.
-Ümumiyyətlə, müsəlman dünyasında baş verənlər Güney məsələsini arxa plana keçirmə təhlükəsini yaradırmı?
-İkinci sualınıza gəldikdə isə, çox yerində bir sual verdiniz. Bəli, dediyiniz kimi müsəlman dünyasında və faktiki olaraq dünyada gedən qlobal proseslər və bütün mövcud situasiyalar, hal-hazırda Güney Azərbaycan məsələsinə kölgə salmaqdadır və bu məsələnin sürətlənməsini, faktiki olaraq durdurdu. Əgər, 2008-2009 -cu illərə qədər beynəlxalq birlik İrana qarşı sadəcə nüvə məsələsini rəhbər tutaraq sərt təzyiq və tənqid edirdisə, 2009-cu illərdən sonra bu məsələ açıq şəkildə İrandakı insan haqqları məsələsinə, hüquqları tapdalanan xalqların müdafiəsi məsələsinə qədəm qoydu. Artıq İrana qarşı olan sanksiyalarda mövzunun bir çox qismi insan haqqları müstəvisinə keçmişdi. Son dönəmlər isə İran artıq ABŞ-la (Amerika Birləşmiş Ştatları) barışıq yolunu tutduğu üçün, qismən yumşaqlıq nümayiş etdirməyə çalışdı. Ukraynada baş verənlərdən sonra İranın əsəs dayağı və müttəfiqi Rusiyanın iqtisadi cəhətdən çökməsini görən İran rejimi, ABŞ-la barışmaq mərhələsinə doğru addımlamağa başladı. Təbiiki bu, İrana qarşı olan beynəlxalq təzyiqləri və ona qarşı istifadə olunan səbəb və bəhanələri də qismən azaltmış oldu ki, beynəlxalq aləmin həmin bəhanələrindən biri və ən önəmlisi İrandakı insan haqqları və xüsusən Güney Azərbaycanlıların hüquqları məsələsi idi. Xatırlasanız, Amerika prezidenti Barak Obamanın ikinci dəfə prezident seçildiyində, andiçməsinin səhərisi günü, İrandakı insan haqqlarını tələb edən petisiya yerləşdirildi və lazımı olan 100 min imza səsi də toplandı. Ancaq İranla barışıldıqdan sonra bu məsələnin üstünə bir daha gələn olmadı. Halbuki, prezident Obama ikinci dövr prezidentliyində vəzifəsinin ilk icrasına, Güney Azərbaycanlıların haqqlarının tələb edilməsi ilə başlamışdır. Bir qədər sonra isə, bu məsələ unuduldu. Çünki, artıq İranla barışıq yoluna doğru istiqamət alınmışdı.
Güney Azərbaycan məsələsinin beynəlxalq səviyyəsinin qabardılmasına zərbə olan daha bir amil isə İŞİD (İraq və Şam İslam Dövləti) terror qruplaşmasının ortaya çıxması məsələsi oldu. Göründüyü kimi, daha radikal və daha vəhşi bir qruplaşmanın meydana çıxması, qan üzərinə qan axıtması, hər gün yüzlərlə baş kəsib, beynəlxalq mətbuatda sərgiləməsi, bütün dünyanın diqqətini Orta Şərqə və İŞİD terror qruplaşmasına doğru yönəltdi. Hər kəs sadəcə bir məsələdən danışmağa başladı ki, o da Orta Şərqdəki terror mövzusudur. İraqda və Kobanidə bunlarla bərabər Ukraynada, Dombas bir sıra ərazilərdə gedən müharibələr, təbiiki, içində olduğumuz zaman kəsiyində, Güney Azərbaycan məsələsinin qabardılması prosesini durdurdu. Eyni zamanda, ABŞ-ın və Qərbin Orta Şərqdəki terror ocaqlarına qarşı birgə hərbi və siyasi əməkdaşlığı belə, başladı. Faktiki olaraq, həm nüvə məsələsində ABŞ və Qərblə anlaşma mərhələsinə gələn İran, eyni zamanda bu qüvvələrlə birlikdə, müttəfiq halında, Orta Şərqdəki terrorçu qüvvələrə qarşı vuruşmaqdadır. Bu kimi mövzular, ümumiyyətlə dünyada baş verən siyasi və iqtisadi dəyişikliklər, qlobal proseslər, müsəlman dünyasındakı ziddiyyətli və qarışıq problemlər, Güney Azərbaycan məsələsinə çox böyük kölgə salmaqdadır. Bu mövcud situasiya və gedən proseslər, birbaşa İranın xeyrinədir. İŞİD terror qruplaşmasının ortaya çıxması, belə demək mümkünsə, birmənalı şəkildə İranın qlobal maraqlarına, daxili və xarici siyasətinə çox böyük qazanc oldu. Bütün diqqətlər və gözlər Orta Şərqə yönəldi, İran və Güney Azərbaycan məsələsi gündəmdən çıxdı, onun yerini, Ukrayna-Rusiya mövzuları, Rusiyaya qarşı siyasi və iqtisadi sanksiyalar, bunlarla bərabər Orta Şərqdəki terror problemi və axan qanlar və bunlarla mübarizə və müharibə məsələləri almış oldu. Son 1,5 ildən bəri Dünyada gedən bütün proseslər, faktiki olaraq İranın xeyrinədir.
Odur ki, İŞİD məsələsində tək qazanclı olan, bütün qlobal (kürəsəl) prosesləri nəzərə alsaq, İrandır.
-Bundan sonra vəziyyət necə cərəyan edəcək?
-Bundan sonrakı proseslərə gəlincə, göründüyü kimi, proseslər eynən olduğu kimi davam etməkdədir. Nə Rusiya Ukraynadan çıxır, nə İŞİD və Orta Şərqdəki terrorçular sakitləşir. Məsələ bu halda davam etdiyi üçün, bundan sonranı proqnozlaşdırmaq (öngörmək) bir az qəlizdir. Son günlər Yəməndə baş verən hadisələr İranın əleyhinə olan bir məsələdir.
Ümumiyyətlə, Səudiyyə Ərəbistanı, Orta Şərqdəki duruma və İrana qarşı münasibətləri dəyişdirə biləcək bir tutumdadır. İranla, Səudiyyənin bir-birinə əks və düşmən mövqedə olmasını nəzərə alsaq, yaxın zamanlarda, Səudiyyənin təhriki ilə, ABŞ və beynəlxalq aləmin İrana qarşı mövqeləri və sərgilədikləri davranışları dəyişə bilər. Burada İsrailin də İranın nüvə reaktorlarından narahatçılıq faktorları təbiiki nəzərə alınmaya bilməz. Hal-hazırda ABŞ və Qərbin İrana qarşı münasibətləri yumşalsa da, müəyyən bir vaxtdan sonra bu mövcud durumlar və proseslər dəyişə və tamam əks və fərqli müstəviyə qədəm qoya bilər. İndiki halda Güney Azərbaycan xalqı nə qədər ayaqlansa da, qalxsa da, fars rejimi qəddarlıqla bunun qarşısını alır. Bir qədər əvvəl İranda xeyli Azərbaycanlını polis döyüb al-qana boyadı, dünya dövlətləri və beynəlxalq qurumlar səssiz qalaraq, məsələyə heç bir münasibət bildirmədilər. Bu isə onu göstərir ki, indiki şəraitdə, Güney Azərbaycan məsələsinin gündəmə gəlməsində, beynəlxalq birlik o qədər də maraqlı deyil.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 885 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |