03.04.2015 [11:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Aprelin 1-də (fərvərdinin 12-ddə) səhər vaxtı Bəhmən Xaliqi və Mehdi Kuxian təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və Binab şəhərinin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə aparılıb. Fəalların Bəhmən Xaliqinin iş yerində tutulduğu bildirilir.
Təhlükəsizlik qüvvələri Mehdi Kuxianı bir neçə saat sorğu-suala tutub və şəxsiyyət vəsiqəsini girov aldıqdan sonra azad edib. Bəhməd Xaliqinin də günortadan sonra vəsiqə qarşılığında sərbəst buraxıldığı bildirilir.
Bəhməd Xaliqinin yaxınlarından biri bildirib ki, fəal təhlükəsizlik qüvvələri tərəfindən döyülüb və bunun nəticəsində sifəti göyərib.
Həmçinin təhülkəsizlik qüvvələri bir neçə fəalın evinə müraciət edib. Məlumata görə, Səccad Əfruzian, Məqsud Bəsirpur və Mənsur Müqtədirzadənin evində axtarış aparılıb.
Rza Qulizadə, Firuz Fərəczadə və Seyfullah Kərim Dadaşı isə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.
Qeyd edək ki, bu gün (13 fərvərdin) Güney Azərbaycan və İranda təbiət günüdür. İnsanlar bu günü şəhər ətrafı və təbiətdə keçirməyə üstünlük verir. Ötən illərdə məhz bu gündə Urmu Gölü böhranı ilə bağlı kütləvi yığıncaqlar olub. Azərbaycanlı fəallara qarşı yuxarıda qeyd etdiyimiz təzyiqlər, Məlikan kimi şəhərlərdə ehtimal olunan yığıncaqların qarşısını almağa yönəlib.

Bu xəbər oxucular tərəfindən 709 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |