Şrift:
Nüvə danışıqlarıyla bağlı hələ də nəticə yoxdur
03.04.2015 [12:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İsveçrənin Lozan şəhərində Qərblə İran arasında 8 gündür aparılan danışıqlar üçün nəzərdə tutulmuş son möhlət, iki gün əvvəl başa çatsa da, müzakirələrdə hələ də konkret bir nəticə yoxdur. Danışılar davam edir.
Nüvə danışıqlarına qatılan İran Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi aprelin 2-də jurnalistlərə açıqlamasında deyib ki, müzakirələrdə xeyli irəliləyiş olub.

“The New York Taimes” qəzeti isə Amerikanın adlarının çəkilməsini istəməyən bəzi rəsmilərinə istinadla danışıqlarda gedən proses barədə məlumat yayıb. Məlumatda bildirilir ki, ABŞ prezidenti Barak Obama, dövlət katibi Con Kerriyə danışıqlar üçün nəzərdə tutulmuş vaxtın başa çatmasını nəzərə almadan müzakirələri davam etdirməsini tapşırıb. Obama, dövlə katibindən istəyib ki, danışıqlara qatılan İran nümayəndə heyətini başa salsın ki, əgər onlar müxtəlif bəhanələrlə müzakirələrin uzadılmasına çalışsalar, Amerikalılar hər an danışıqlar stolunu tərk edib Tehrana qarşı sanksiyaları fəallaşdıra bilərlər.

Aprelin 1-də amerikalı həmkarı Con Kerri ilə 8 saat müzakirə aparan İranın xarici işlər naziri Məhəmmədcavad Zərif isə jurnalistlərə açıqlamasında deyib ki, Qərb tərəfi yaranmış fürsətdən yararlanmalı və danışıqların nəticə verməsi üçün siyasi iradə nümayiş etdirməlidir. Zərif deyib ki, bu fürsət bir daha təkrar olmaya bilər.
Bu xəbər oxucular tərəfindən 1086 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed