03.04.2015 [14:20] - Gündəm, Bildiriş
Bu gün saat 13:00-dan etibarən Bakı 2015 Birinci Avropa Oyunlarına biletlərin satışına start verilib.
Bu gün Bakının “Park bulvar” Ticarət Mərkəzində biletlərin satışına başlanılıb. Bununla bağlı Park Bulvarda təntənəli mərasim düzənlənib. Mərasimdə çıxış edən tanınmış incəsənət xadimləri vətəndaşları ilk dəfə keçiriləcək Avropa Oyunlarına biletlərin alınmasında fəal olmağa çağırıblar.
BEGOC-un bilet satışı şöbsinin rəhbəri Miryam Bogataj Trend-ə bildirib ki, biletləri aprelin 3-dən etibarən şəhərdəki bilet satışı məntəqələrindən əldə etmək mümkündür: “Ümumilikdə 12 bilet satışı məntəqəsi yaradılacaq. Onlardan 8-si artıq fəaliyyət göstərir. Əsas bilet satışı məntəqəsi “Park Bulvar” Ticarət Mərkəzində olacaq. Biletləri Bakıdakı digər böyük mollarda yaradılmış bilet kassalarından da əldə etmək mümkündür. Əlavə olaraq biletlər 5 yerli şirkət vasitəsilə də satışa çıxarılacaq. Bundan başqa, biletləri onlayn qaydada internet üzərindən də almaq mümkündür”.
M.Bogataj biletlərin qiymətləri ilə bağlı məsələyə də aydınlıq gətirib: “Avropa Oyunlarının açılış mərasiminə biletlərin qiyməti 20 manatdan 200 manatadək, bağlanış mərasiminə isə 10 manatdan 100 manatadək təşkil edəcək. Seçmə mərhələdə oyunlara biletlərin qiymətləri 2-3 manat, medalların təltifetmə mərasimlərinin keçiriləcəyi final sessiyalara isə 3-5 manat təşkil edəcək. Sessiya dövründə 2 yaşından 16 yaşınadək uşaqlar üçün isə biletlər pulsuz, açılış və bağlanış mərasimlərində tam qiymətə, Heydər Əliyev adına İdman Arenası və Milli Gimnastika Arenasına isə 1 manat olacaq. Bir şərtlə ki, onların valideynləri yanında olmalıdır. Fiziki qüsurlu şəxslər üçün biletlər sessiya dövründə, eləcə də Heydər Əliyev adına İdman Arenası və Milli Gimnastika Arenasına pulsuz, açılış və bağlanış mərasimlərinə isə tam qiymətə olacaq”.
BEGOC-un rəsmisi qeyd edib ki, Avropa Oyunlarına ümumilikdə satışa 600 bilet çıxarılacaq: “Məsləhət görərdim ki, insanlar sonuncu günü gözləməsinlər. Biletləri əvvəlcədən alın. Açılış mərasiminə Olimpiya stadionunda bilet satılmayacaq. Yəni bunu əvvəlcədən etsəniz, daha yaxşı olar”.
O, həmçinin biletlərin “qara bazar”da satılmasının və müxtəlif spekulyasiyaların qarşısını almaq üçün tədbirlər görüləcəyini də açıqlayıb: “Biletin özündə bir neçə qoruma elementləri var. Bundan əlavə, Azərbaycan Milli Olimpiya Komitəsi qanunvericilikdə qanunsuz bilet satışı ilə bağlı cəzaların sərtləşdirilməsi təklifi verib. Bununla bağlı yaxın gələcəkdə qanun qəbul ediləcək. Qanunda ciddi adminstrativ cərimələr nəzərdə tutulur. Özü də bu cərimələr çox yüksək olacaq. Mən insanları biletləri yalnız rəsmi satış məntəqələrindən almağa çağırıram”.
M.Bogataj bildirib ki, biletlərini onlayn alan bütün tamaşaçılar onları qabaqcadan əldə etmək imkanı qazanacaqlar. İyunun 12-dən əvvəl biletlərini götürən bütün tamaşaçılar oyunların tərəfdaşları və dəstəkçiləri tərəfindən maraqlı hədiyyələr əldə etmək şansını qazanacaqlar.
Bununla belə, yarış obyektlərinə daxil olmaq üçün 3 Apreldən etibarən hər hansı satış məntəqəsində uşaqlar üçün xüsusi pulsuz bileti əldə etmək lazımdır. Bu pulsuz biletlər şəhər bilet satışı məntəqələrindən və yarış obyektlərinin kassalarindan doğum haqqında şəhadətnaməni təqdim etməklə əldə edilə bilər. Pulsuz biletlər doğum haqqında şəhadətnamə, fiziki qüsurlu şəxslər üçün isə tibbi şəhadətnaməni təqdim etməklə alına bilər.
Biletlərlə bağlı əlavə məlumatları 2015 telefon nömrəsi ilə və ya baku2015.com internet saytından almaq mümkündür.

Bu xəbər oxucular tərəfindən 945 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |