03.04.2015 [14:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Uşaq haqları müdafiəçisi Səid Şirzad uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlanılır.
10 ay öncə yaxalanan fəalın vəkili, dəfələrlə dosye ilə tanış olmaq və müvəkkili ilə görüşmək üçün müraciət edib, lakin ona icazə verilməyib. Bu isə İranda istintaq işləri ilə bağlı mövcud qanuna ziddir.
S.Şirzad bu məsələyə etiraz olaraq iki dəfə məhkəmə iclasına qatılmaqdan imtina edib, buna baxmayaraq vəziyyət yenə də dəyişməyib.
Qeyd edək ki, S.Şirzad iyunun 2-də (xordadın 12-də) Təbrizdə öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. Qısa müddətdən sonra Tehranın Evin zindanına intiqal edilən fəal bir müddət sonra Rəcayişəhr zindanına köçürülüb. O 2012-ci il avqustun 21-də (1391-ci il mordadın 31-də) Qaradağda baş verən qağıdıcı zəlzələ nəticəsində təbii fəlakətdən zərərçəkənlərə yardım etmək məqsədi ilə Əhər şəhərinə gedib və təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. Fəal 19 gün saxlandıqdan sonra zəmanətə buraxılıb.
Uşaq haqları müdafiəçisi hazırda Rəcayişəhr zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır. Onun qeyri-siyasi və bəzən təhlükəli məhbuslarla birlikdə saxlandığı bildirilir.

Bu xəbər oxucular tərəfindən 786 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |