Şrift:
Azərbaycan əsgərinin ölüm faktı ilə bağlı cinayət işi başlanıb
30.09.2011 [13:46] - Gündəm
Azərbaycan Ordusunun xəstəlikdən dünyasını dəyişən əsgərinin ölüm faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib. Əsgər Novruzov Eldar Qədir oğlunun ölüm faktı ilə bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Azərbaycan Ordusunun səhhətində problemlər yaranmış əsgəri Novruzov Eldar Qədir oğlunun Türkiyənin Gülhanə Əsgəri Tibb Akademiyasına yola salınan zaman Heydər Əliyev Beynəlxalq Hava Limanında vəfat edib.
Bu xəbər oxucular tərəfindən 1038 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed