Şrift:
Duman, çiskin olacaq
04.04.2015 [10:24] - Gündəm, Bildiriş
Aprelin 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə aprelin 4-5-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 4-də gündüz arabir güclənən gilavar küləyinin 5-də güclü xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Naxçıvan Muxtar Respublikasında fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, bəzi yerlərdə 2°-dək şaxta, gündüz 14-19° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında fasilələrlə yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında, əsasən, yağmursuz olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, bəzi yerlərdə 17°-dək isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında, əsasən, yağmursuz olacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Gündüz arabir güclənən şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-17° isti, dağlarda gecə 5-9° isti, gündüz 9-13° isti olacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 859 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed