Şrift:
Fərəc Quliyev: - Ölkəmizdə öz maraqlarını xarici dövlətlərin hesabına təmin olunmasına çalışanları daxili qüvvə adlandırmaq doğru deyil.
06.04.2015 [10:51] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Ölkəmizdə öz maraqlarını xarici dövlətlərin hesabına təmin olunmasına çalışanları daxili qüvvə adlandırmaq doğru deyil. Onlar xarici qüvvələrin əlində alət olanlardır. Bunu SİA-ya Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib.

F. Quliyev bildirib ki, belə qüvvələr daha çox onların beşinci kolonu kimi təqdim olunmalıdır: "Onları Azərbaycanda öz mənafeyini axtaran, istəklərini üstün vəziyyətə gətirmək istəyən qüvvələrin alətləri kimi dəyərləndirmək lazımdır. Həmin qüvvələr Azərbaycanda yaşayırlar, amma öz maraqlarını və xoşbəxtliklərini başqa dövlətlərin ölkəmizdəki maraqları içərisində axtarırlar. Bu çox təhlükəli bir məsələdir”.

Millət vəkili deyib ki, hər ölkənin dostları kimi, düşmənləri olur: "Azərbaycan zəngin və geosiyasi cəhətdən maraqlı bir ölkə olduğu üçün burada da maraqlar toqquşur. Bir çox dövlətlərin öz maraqlarını Azərbaycanda təmin etmək istəmələrinə qarşı dövlət siyasəti yürüdülür. Bütün bunlar diplomatik yolla cavablandılır. Amma, bir başqa dövlətin əlində alət, maşa olmaq çox təhlükəlidir. Ölkəmizdə yaşayıb lakin başqa dövlətlərin əlində alət olub onların maraqlarını həyata keçirmək qəbul edilməzdir. Hesab edirəm ki, belə qüvvələrə qarşı güzəştli mövqe tutmaq olmaz. Onlar zərərsizləşdirilməli, ictimai rəydə ifşa olunmalıdırlar. Ölkəyə xeyir verməmələri bir kənara qalsın, ziyan vermələri üçün bütün tədbirlər görülməli, yerləri göstərilməlidir”.

Elvin Abdulqədirov
Bu xəbər oxucular tərəfindən 953 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed