07.04.2015 [09:48] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Milli Məclisin sonuncu iclasında “Haqsız rəqabət haqqında” qanunun 12-ci (maliyyə sanksiyaları) maddəsinə əlavə və dəyişikliklər edilib. Dəyişikliyə əsasən, Azərbaycanda haqsız rəqabətlə bağlı qaydalar sərtləşdirilib, yeni sanksiyalar tətbiq olunub. Dəyişikliyin mahiyyətinə görə, artıq tək “bazar subyektlərində qanunsuz əldə olunmuş gəlir” aşkarlandıqda yox, “ümumiyyətlə, haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlir” aşkarlandıqda, iki misli həcmində maliyyə sanksiyası tətbiq ediləcək. Bundan başqa, maddəyə yeni bənd də əlavə edilib. Yeni bəndə görə, “bazar subyektləri maliyyə sanksiyasını vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” qanuna əsasən icra məmurları tərəfindən həyata keçirilir. Həmçinin “Antiinhisar fəaliyyəti haqqında” və “Təbii inhisarlar haqqında” qanunlara da eyni məzmunlu dəyişklik edilib. Bir daha təkrar edirik ki, sözügedən qanunlara edilən dəyişikliklərin fəlsəfəsinə görə, təsərrüfat subyektləri cəriməni vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı cərimənin, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir. Lakin qanunvericilikdə edilən bu dəyişikliklər ekspertlər tərəfindən birmənalı qəbul olunmayıb. Ekspertlərin qənaətinə görə, bu dəyişikliklə məhkəmələrin səlahiyyətləri alınaraq icra orqanlarına verilir.
Millət vəkili, İlyas İsmayılov hesab edir ki, bu dəyişiklik mahiyyət etibarilə yolverilməzdir: “Biz hüquqi dövlət qurmaq niyyətimizi Konstitusiyamız vasitəsilə bütün dünyaya bəyan etmişik. Hüquqi dövlətin əsası son nəticədə qanunçuluğun təminatına, dövlətin mümkün ola biləcək sui-istifadələrin, məmur özbaşnalığının qarşısının alınmasına və nəticə etibarilə vətəndaşların hüquq və müdafiəsinin həqiqi müdafiəsinə nail olmaqdır. Hüquqi dövlətdə hakimiyyətlə vətəndaşlar, habelə vətəndaşların özləri arasında olan bütün münasibətlər ancaq və ancaq məhkəmədə araşdırılıb həll edilməlidir. Lakin “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi yumşaq desək, təəccüb və təəssüf doğurur. Belə ki, bu qanunun qüvvədə olan 18-ci maddəsində qeyd olunur ki, təsərrüfat subyektləri cəriməni vaxtında ödəmədikdə, yaxud qismən ödədikdə müvafiq icra hakimiyyəti orqanlarının cərimənin, həmçinin hər gecikdirilmiş günə görə, cərimənin ümumi məbləğinin, yaxud ödənilməmiş hissəsinin bir faizi məbləğində müavinətin ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. Tamamilə doğru mövqedir. Lakin qanunun pozulmasına görə məsuliyyəti nəzərdə tutan 18-ci maddənin tətbiq olunan icrası səlahiyyəti məhkəmədən alınaraq müvafiq icra hakimiyyəti orqanına verilir. Qeyd olunur ki, “təsərrüfat subyektləri maliyyə sanksiyasını vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” qanuna əsasən icra məmurları tərəfindən həyata keçirilir”. Bu dəyişiklik mahiyyət etibarilə yolverilməzdir. Çünki məmur özbaşnalığına, insan hüquq və azadlıqlarının pozulmasına, məhkəmə hakimiyyətinin səlahiyyətlərinin icra hakimiyyətiləri tərəfindən mənimsənilməsinə gətirib çıxarar. Millət vəkilinin sözlərinə görə, əgər təsərrüfat subyekti cəriməni vaxtında ödəməyibsə və ya qismən ödəyibsə, deməli burada mübahisə yaranır. Mübahisələr isə ancaq və ancaq məhkəmələrdə araşdırılıb həll edilməlidir. Bu baxımdan “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihənin təbii inhisarlar subyektlərinin məsuliyyətini nəzərdə tutan 11-ci maddənin 2-ci bəndinin redaksiyasını da düzgün hesab etmək olmaz.
Millət vəkili Fərəc Quliyevin sözlərinə görə, qanunvericilikdəki bu dəyişiklik məmurların sui-istifadəsinə yol açır: “Tam əminəm ki, prezident parlamentə belə bir təklif göndərərkən sahibkarlığın inkişafını, onların ən minimum şərtlərlə cəzalandırılmağa cəlb etməyi nəzərdə tutub. Yəni, sahibkarların vəziyyətini nəzərə alaraq, dövlətin imkanlarının vətəndaşların xeyrinə istiqamətləndirməyi nəzərdə tutub. Ancaq qanunda belə dəyişiklik rüşvətxor məmurlar üçün “ayaq yeri” qoyur. Cərimənin miqdarə təyin edilərkən təsərrüfat subyektinin rəhbərlərinin cibllərinin vəziyyəti nəzərə alınır. Bu səbədən də mənurlar rüşvət alnmaq üçün imkanlar qazanacaqlar. Odur ki, bu məısələni bir qədər dəqiqləşdirmək lazımdır: cərimənin miqdarı müəyyən edilən zaman ən minimum hədd nəzərə alınmalıdır ki, sənəddə prezidentin iradəsi olduğu kimi ifadə olunsun və gələcəkdə hər hansı problem yaranmasın”.
Deputat Fuad Muradov da hesab edir ki, bu qanunlardakı dəyişiklik məhkəmə hakimiyyətinin səlahiyyətlərinin mənimsənilməsi anlamına gəlir: “Azərbaycanda mübahisələr güvənilən və qanunlara söykənən məhkəmələrdə həll edilir. Bu baxımdan qanunda edilən dəyişikliyin zərurəti başa düşülən deyil. Bununla məhkəmələrdə həll olunmalı məsələlər müvafiq icra qurumuna həvalə edilir. Əvvəlki variantda cərimələrin 1 faiz məbləğdə məsələsi var idi, yeni redaksiyada isə çıxarılıb, sərbəst məbləğ müəyyən edilib”.
Qanun layihəsini təqdim edən millət vəkili, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, bu gün antinhisar, haqsız rəqabət, təii inhisar haqqında qanunların daha da təkmilləşməyə ehtiyacı var: “Biz onsua da Rəqabət Məcəlləsinin qəbulunda geçikmələrə yol vermişik. Bu dəyişikliklərdə məqsəd ondan ibarətdir ki, qanunun pozulmasına görə məsuliyyət daha operativ surətdə həyata keçirilsin. Təbii ki, təsərrüfat subyektləri var ki, adları var, lakin fəaliyyət dövriyyəsi olduqca azdır. Belə halda birdən-birə onların 5-10 min manat cərimə edilməsi kifayət qədər çətin olur. Ona görə də hər bir halda cərimə sanksiyası tətbiq olunanda təsərrüfat subyektlərinin maliyyə vəziyyəti nəzərə alınmalıdır. Əgər onun hesabənda pul yoxdursa, borcun içindədirsə, belə bir şəraitdə bir qanunsuz hərəkətə görə bu qədər cərimə etmək də effekt vermir. Bu qanundakı dəyişilik isə “İcra haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır”. Belə məlum olur ki, eyni qanun pozuntusuna görə, maliyyə vəziyyətindən asılı olaraq təsərrüfat subyektlərinə müxtəlif sanksiyalar tətbiq olunmalıdır. Bəs, qanun qarşısında hamı bərabər olduğu halda, niyə hamı eyni məsuliyyət daşımamalıdır? Bir də icra strukturları cərimə müəyyən edərkən hansı səlahiyyət və əsasla təsərrüfat subyektlərinin gəlirlərini araşdıracaqlar?
Alim

Bu xəbər oxucular tərəfindən 966 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |