Şrift:
Obama: Xamneyini başa düşmək çətindir
07.04.2015 [09:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ prezidenti Barak Obama jurnalistlərlə görüşündə Qərblə İran arasında nüvə razılaşmasından və İranın dini lideri Əli Xamneyi ilə yazışmalarından danışıb.
Obama deyib ki, İranla nüvə razılaşmasının əldə olunması yalnız bircə dəfə yaranan şansdır: “Bununla da İranın atom silahına yiyələnməsinin qarşısını alınır və Orta Şərqdə sabitlik qorunub saxlanılır. Mən şəffaf şəkildə demişəm ki, mənim prezident olduğum müddətdə İran nüvə silahına yiyələnməyəcək. Gümün edirəm ki, onlar da mənim nə dediyimi yaxşı başa düşürlər. İsrail xalqına da üzümü tutub deyirəm ki, İranın atom silahına yiyələnməsinin qarşısını almaq üçün bizim təklif etdiyimiz diplomatik çərçivədən başqa heç bir təsirli seçim və ya düstür yoxdur. Bunu sübuta yetirmək də mümkündür.

İranla Amerika arasında dərin bir etimadsızlıq var. Baxmayaraq ki, İran hökumətinin bəzi fəaliyyətləri bizi narahat edir, lakin biz İran rejimində sözdən çox əmələ önəm verən bəzi nişanə və meyllərin şahidi də olmuşuq. Güman edirəm ki, İran rəsmiləri daha çox indiki hakimiyyətin taleyindən nigarandır. Məhz həmin nigaranlığa görə də, onlar İrandakı ictimai rəyə müəyyən qədər reaksiya verirlər. Həsən Ruhaninin prezident seçilməsi bu iddiamıza bir sübutdur”.

İranın dini lideri ayətullah Əli Xamneyi ilə bir neçə dəfə məktublaşdıqlarını bildirən Obama, jurnalistlərdən birinin ona verdiyi “Həmin yazışmalardan siz Xamneyi haqda nə öyrənmisiniz?” sualını belə cavablandırıb: “Onu başa düşmək çətindir. Mən birbaşa onunla danışmamışam. Onun göndərdiyi məktublarında adətən keçmişdə ölkəsinə qarşı edilən zülmlərə toxunulur. Lakin aydın olan məsələ odur ki, o bizimlə nüvə danışıqları aparan İran nümayəndə heyətinə tam səlahiyyət verib. O, İran nümayəndə heyətinə səlahiyyət verib ki, danışıqlarda qarşı tərəfə böyük imtiyazlar versin.

Baxmayaraq ki, o (Xamneyi) Qərbə dərindən bədbindir və onun beynəlxalq və daxili məsələlər barədəki baxışı məhduddur, lakin o başa düşür ki, bizim qoyduğumuz sanksiyalar sonunda İranı zəiflədib. O artıq başa düşür ki, əgər İranın dünya birliyinə qayıtmasının şahidi olmaq istəyirsə, bəzi dəyişikliklər etməlidir”.
Bu xəbər oxucular tərəfindən 874 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed