07.04.2015 [09:59] - Gündəm, Bildiriş
Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni ümumi müsahibə elan edilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan verilən məlumata görə, Komissiya 2015-ci il 7 aprel tarixindən 6 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 19 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edir.
Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 14-ü mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və yerli təşkilatlarında, 5-i isə məhkəmə orqanlarındadır.
Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak edə bilərlər:
- vakant vəzifəni təqdim etmiş dövlət orqanında çalışan dövlət qulluqçuları (inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olduqda),
- digər dövlət orqanlarında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olduqda),
- azı 5 il dövlət qulluğunda inzibati vəzifələrdə çalışmış şəxslər.
Ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu 7 aprel 2015-ci il tarixdən 27 aprel 2015-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən aparılacaqdır. Sənədlər şəxsən yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Ümumi müsahibəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 7 aprel 2015-ci il tarixli sayında dərc edilib və 7 aprel 2015-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.dqmk.az verilib.

Bu xəbər oxucular tərəfindən 798 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |