Şrift:
Azərbaycan Ordusunun tərkibində Türkiyə hərbçilərinin döyüşməsi məsələsinə rəsmi aydınlıq gətirildi
07.04.2015 [16:24] - Gündəm, Hərb
Düşmənə qarşı döyüşlərdə yalnız ən müasir silah və texnika ilə təmin edilmiş Azərbaycan hərbi qulluqçuları iştirak edirlər.

Bunu Trend-in rəsmi sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən mətbuat xidmətindən bildiriblər.

Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı ilə tam əhatə olunaraq maddi, mənəvi və texniki cəhətdən hərtərəfli təmin olunub: “Qondarma-separatçı rejimin “müdafiə naziri” Movses Akopyanın verdiyi məğlub xarakterli çıxışı, son zamanlar cəbhədə çoxlu sayda itkilərlə müşahidə olunan uğursuzluqlarının ört-basdır edilməsinə və ictimaiyyətin diqqətinin yayındırılmasına xidmət edən populist cəhddən başqa bir şey deyildir.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşmənə qarşı döyüş əməliyyatlarında yüksək peşəkarlıq və döyüş qabiliyyətinə malik, eləcə də ən müasir silah və texnika ilə təmin edilmiş Azərbaycan hərbi qulluqçuları iştirak edir”.

Qeyd edək ki, Ermənistan KİV-lərinin yazdığına görə, Dağlıq Qarabaq separatçılarının erməni silahlı birləşmələrinin rəhbəri Movses Akopyan bildirib ki, Azərbaycanın Ermənistana qarşı xüsusi təyinatlı əməliyyatlarında guya Türkiyə hərbçiləri də iştirak edir. Akopyan iddia edir ki, onların əlində bununla bağlı iki hadisə ilə əlaqədar sübut olunmuş fakt var. Akopyanın sözlərinə görə, ermənilərə qarşı döyüşən Azərbaycan qrupu guya Türkiyədə təlim keçib. Azərbaycan isə bu bölmələrin təliminə xeyli vəsait sərf edib. Onun fikrincə, Azərbaycan ermənilərə “soyqırım”ın 100 illiyi tədbirlərinin keçirilməsinə mane olmaq və gərginlik yaratmaq üçün Türkiyənin sifarişini yerinə yetirir.
Bu xəbər oxucular tərəfindən 651 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed