08.04.2015 [09:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana qalmaqallı səfəri baş tutdu.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 7-də İran prezidenti Həsən Ruhaninin rəsmi dəvəti ilə Tehrana səfər edib.
Ərdoğanı və onu müşayiət edən yüksək rütbəli türk heyətini Tehranın Mehrabad hava limanında İranın kommuniksiya naziri Mahmud Vaizi qarşılayıb.
Ərdoğan səfəri zamanı İran prezidenti Həsən Ruhani ilə görüşüb.
Qeyd edək ki, son günlərdə Ərdoğanın Tehrana səfəri bir sıra İran rəsmilərinin etirazı ilə qarşılanıb. Bəzi mühafizəkar deputatlar isə imza toplayaraq onun İrana səfərinin ləğv olunmasını tələb edərək Türkiyə prezidentinə qarşı sərt bəyanatlar səsləndiriblər. Buna səbəb isə Ərdoğanın martın 26-da İranın bölgədəki rolu barədə söylədiyi bəyanatı səbəb olub.
Həmin bəyanatda Ərdoğan Yəməndə baş verən olaylardan danışaraq İranın Orta Şərqdə, o sıradan da bölgənin ərəb ölkələrindəki rolundan danışıb: “Bu gün İran bölgədə hegemonluğu ələ keçirməyə çalışır. Buna dözmək olar mı? Bu məsələ, Türkiyəni, Səudiyyə Ərəbistanını və İran körfəzindəki ərəb ölkələrini təngə gətirib. Buna həqiqətən dözmək mümkün deyil və İran bunu bilməlidir. Hesab edirik ki, İran mövqeyini dəyişməli, Yəmən, Suriya və İraqın daxili işlərinə qarışmağı dayandırmalı, bu ölkələrdəki qüvvələrini geri çağırmalı, digər ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır”.

Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |