08.04.2015 [11:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Gündən-günə yoxsullaşan İran İslam Cümhuriyyətində, işsizlik hökm sürür. Bu vəziyyət mərkəzdən uzaq bölgələrdə daha çox müşahidə olunur.
Bu barədə Qərbi Azərbaycan Valiliyinin Məşğulluq və Planlaşdırma işləri üzrə müavini maraqlı məlumat verib.
Tağı Kəhurian yerli məsulların qatıldığı bir tədbirdə Qərbi Azərbaycanda 118 min ali təhsilli cavanın işsiz olduğunu diqqətə çatdırıb.
O bildirib ki, “təəssüflə dövlət sistemində kimsəni işlə təmin etmək mümkün deyil. Ona görə də, biz iş məsələsində başqa yollar axtarmalıyıq. Məsələn qeyri-neft məhsullarının ixracatı və sərhəd ticarəti o yollardan biri kimi sayıla bilər.”
İşsizlik probleminin ciddi olduğunu vurğulayan Kəhurian sözlərini belə davam etdirib:
“Bu məsələdə zaman itirmək olmaz. Əgər işsizlik məsələsinə ciddi diqqət yetirilməsə, gələcəkdə bunun bədəlini ödəmək çətin olacaq. Qərbi Azərbaycanı iqtisadi problemlərdən qurtarmaq üçün qeyri-neft məhsullarının ixracatı məsələsi ekspertlər tərəfindən ciddi araşdırılmalı və yeni tədbirlər alınmalıdır.”
Şöbə müavini sözlərinin sonunda Qərbi Azərbaycanın iqtisadiyyat mövzusunda, daxili və xarici yatırımların cəlb edilməsi məsələsinin müzakirə edildiyini bildirib .

Bu xəbər oxucular tərəfindən 790 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |