08.04.2015 [11:51] - Gündəm, Gənclik, Mədəniyyət
“ Qorxu Altında ” filmi Azərbaycanda ilk dəfə olaraq kino sahəsinə yenilik gətirəcək
" N. A Group of Media" nın moderatoru Nigar Şamilbəylinin verdiyi məlumata görə, film tərbiyəvi və maarifləndirici xarakter daşıyır və əsas mövzu kimi gənclərin narkomaniyadan çəkindirilməsi və bu bəlanın yaratdığı fəsadlardan törəyən " mutant " ların insanlara qarşı olan münasibətlərindən bəhs edilir:
" 19- 22 Mart tarixlərində “ Qorxu Altında ” filminin 1 – ci seçim turu keçirildi. Seçimə 450 nəfərdən artıq iştirakçı qatılmşdı və münsiflər heyəti iştirakçıların arasından 97 nəfəri seçərək aprel ayının 4 - nə nəzərdə tutulan 2 - ci tura dəvət etdilər. 2 - ci tur seçimindən sonra 97 nəfər iştirakçıdan yalnız 50 nəfər filmdə rol alma şansını qazana bildi. Azərbaycan kinofilm sahəsi üçün yeni janr olan bu filmin ssenari müəllifi və quruluşcu rejissoru Namiq Əlioğludur. Filmin sujet xətti üzrə hadisələrin bu şəkildə cərəyan etməsi nəzərdə tutulub:
" Təbiətin qoynuna ad günü qeyd etməyə gələn bir neçə gənc həmin meşədə yaşayan " honibal mutant" ların təcavüzünə məruz qalaraq yaşamaq üçün mübarizə aparmağa başlayırlar. Həyatda əyləncə üçün yaşayan gənclər sağ qalmaq uğrunda mübarizə apararkən son anda həyatı dərk etdiklərini anlayırlar. Bu filmin maarifləndirici və tərbiyyəvi əhəmiyyəti ondan ibarətdir ki, insanlar yaşadıqları həyatın dəyərini anlamalıdırlar.
N. Şamilbəyli onu da qeyd edib ki, “ Qorxu Altında ” filminin Bakı şəhəri və Azərbaycanın müxtəlif bölgələrində çəkilməsi planlaşdırılıb:
"Çəkimlər may və iyun ayları üçün nəzərdə tutulub. Sentyabr və ya oktyabr aylarında isə artıq bir çox kinoteatr ekranlarında film izləyicilərin ixtiyarına veriləcək".

Bu xəbər oxucular tərəfindən 1240 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |