Şrift:
Avropa İttifaqı İranın Ticarət Bankına sanksiyalar tətbiq edib
09.04.2015 [10:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Avropa İttifaqı məhkəmə hökmünə baxmayaraq, İranın Ticarət Bankı və 32 yükdaşıma şirkətinə qarşı yenidən sanksiyalar tətbiq edib.

Qurumun sanksiyaları İranın dünyanın 6 qüdrətli ölkəsi ilə İranı sanksiyalardan azad edəcək nüvə razılığı əldə etməsindən bir neçə gün sonraya təsadüf edir.

Avropa İttifaqı Ticarət Bankının maliyyə resursları, neft və qaz layihələrinin maliyyələşdirilməsi ilə İran hökumətinə dəstək verdiyini bildirib.

Yanvar ayında Avropa məhkəməsi bankın və 40-a yaxın yükdaşıma şirkətinin sanksiyalar obyekti olmadığına dair qərar çıxarmışdı.
Bu xəbər oxucular tərəfindən 815 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed