Şrift:
İran hər üç aydan bir nüvə proqramı barədə məruzə verəcək
09.04.2015 [10:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran hakimiyyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ilə müvafiq saziş imzalandıqdan sonra hər üç aydan bir nüvə proqramı barədə AEBA-ya məruzə verəcək.

Davam.az APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə xəbər verir ki, bu barədə AEBA-nın rəhbəri Yukiya Amano CNN telekanalına müsahibəsində bildirib.

“İran nüvə proqramı barədə bəyannaməni hər üç aydan bir yeniləməyə borcludur”, deyə Yukiya Amano bildirib.

Amanonun sözlərinə görə, əgər AEBA əməkdaşları ziddiyyət aşkarlayarsa, yaxud onlarda şübhə yaranarsa, onlar obyektə daxil olmaq üçün sorğu verə bilərlər və İran bunu təmin etməlidir.

AEBA rəhbəri həmçinin qeyd edib ki, təşkilat əməkdaşları obyektə gəlməzdən iki saat əvvəl səfəri ilə bağlı İran tərəfinə sorğu verə bilər. Əvvəlki razılaşmaya əsasən, AEBA analoji sorğunu İran tərəfinə 24 saat əvvəl verməlidir.
Bu xəbər oxucular tərəfindən 651 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed