09.04.2015 [10:16] - Gündəm, Diaspor
ABŞ-dakı Türkiyə diasporu aprelin 24-də qondarma "erməni soyqırımı"nın təbliğatına qarşı aksiyalar keçirəcək. "TRT Haber" telekanalının verdiyi məlumata görə, bunu Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç deyib.
Onun sözlərinə görə, etiraz aksiyalarında ABŞ-ın müsəlman icmalarının nümayəndələrinin iştirakı da gözlənilir.
Səfir qeyd edib ki, ABŞ-da ölkənin Türkiyə ilə əlaqələrini korlamaq istəyən qüvvələr var, lakin bu əlaqələrin inkişafını dəstəkləyən qüvvələr də mövcuddur: "ABŞ-ın türk icması bu təbliğata qarşı çıxmaq üçün hər cür səy göstərəcək".
Xatırladaq ki, Türkiyənin diaspor təşkilatları aprelin 5-də ABŞ-ın Vaşinqton, Nyu York şəhərlərində, həmçinin Texas və Massaçusets ştatlarında ermənilərin 1915-ci il qondarma "soyqırım" təbliğatları ilə əlaqədar etiraz aksiyalarına başlayıb.

Bu xəbər oxucular tərəfindən 867 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |