Şrift:
Fərəc Quliyev: -Cənab Prezidentin səfəri əhəmiyyətlidir.
09.04.2015 [11:26] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Cənab Prezidentin Səudiyyə Ərəbistanına etdiyi səfər olduqca əhəmiyyətlidir və bunun çox müsbət nəticələri olacaq. Dünya dövlətləri üçün həssas bir məqamda böyük bir ərazini əhatə edən və neftlə zəngin olan bir dövlətə edilən səfər şübhəsiz ki, böyük əhəmiyyətə malikdir”.

Bu fikirləri SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev bildirib. Prezident İlham Əliyevin Səudiyyə Ərəbistana etdiyi səfərin əhəmiyyətindən danışan F.Quliyev onu da qeyd edib ki, bu gün ərəb dövlətləri ortaq məqsədləri naminə birləşib bəzi qüvvələrə qarşı blok şəklində mübarizə aparırlar: “Ərəb dövlətləri siyasi baxımdan ciddi şəkildə yenidənqurma işləri görürlər. Bu gün eləcə də dünya üçün həssas bir məqamdır. Təbii ki, belə bir məqamda balanslaşdırılmış siyasətin aparılması vacibdir. Necə ki, Cənab Prezident həmişə balanslı siyasət aparıb, siyasi tarazlığı qoruyub. Azərbaycan həm qonşu dövlətlərlə, həm də uzaqda olan dövlətlərlə həmişə dostluq münasibətlərində olub. Ümumiyyətlə, Cənab Prezidentin keçirdiyi bütün görüşlər, reallaşdırdığı səfərlər böyük əhəmiyyətə malikdir. Həm Avropa İttifaqı ilə olan münasibətlər çox böyük üstünlüyə malikdir, həm Almaniya kansleri ilə baş tutan görüş böyük əhəmiyyət daşıyır. ABŞ tərəfdən çox ciddi personanın ölkəmizə gəlməsi də əldə etdiyimiz böyük üstünlüklərdən xəbər verir".

sia.az
SES QEZET
Bu xəbər oxucular tərəfindən 1064 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed