09.04.2015 [11:37] - Güney Azərbaycan xəbərləri, İdman, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Tehranda Voleybol müsabiqəsində soydaşlarımıza qarşı polis hücumu ilə bağlı Faktaraşdırıcı Komitənin yaradıldığını bildirib.
Nadir Qazipur parlamentdəki çıxışında bildirib ki, nəyahət bu barədə bir Faktaraşdırıcı Komitənin yaradılmasına qərar verildi. Qoşaçayın millət vəkili Mehdi İsazadə və Tehranın millət vəkilləri Əlirza Məhcub və doktor Təla məsələni araşdırıb və hadisənin necə baş verməsi və səbəbkarları ilə bağlı raport verəcəklər.
Faktaraşdırıcı Komitənin üzvləri isə mövzunu olduqca diqqətlə araşdıracaqlarına söz veriblər.
Qeyd edək ki, başda Nadir Qazipur olmaqla Urmiyənin millət vəkilləri bu hadisədən sonra dəfələrlə öz etirazlarını bildirib və hadisənin araşdırılmasını istəyiblər. Aşağıdakı Görüntülər Qərbi Azərbaycan Vilayətinin İran parlamentindəki millət vəkillərinin etiraz məktublarıdır.
Xatırladaq ki, Martın 18-də (isfəndin 27-də) Tehranın azadı stadionunda bu şəhərin “Peykan” komandası ilə Urmiyənin “Şəhrdari” takımı arasında keçirilən voleybol müsabiqəsində “Şəhrdari” komandasının azərbaycanlı tərəfdarları polis qüvvələrinin amansız hücumuna məruz qalıb. Hadisə nəticəsində bir çox soydaşımız ağır yaralanıb. Şahidlərin sözlərinə görə, voleybol tərəfdarları heç bir qanunsuz hərəkət etmədən polis qüvvvələrinin hücumuna məruz qalıb.

Bu xəbər oxucular tərəfindən 928 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |