Şrift:
Tural Qənbərli: - Xəstə cizgi film qəhrəmanları
09.04.2015 [14:48] - Gündəm, Sağlıq, DAVAMın yazıları
Cizgi filmlərdəki əksər qəhrəmanların qeyri-adi görünüşləri həmişə diqqətimi çəkib. Onların tibbdə hansı xəstəliklərlə uyğunluğu məni xüsusilə maraqlandırıb. İxtisasımla əlaqədar olaraq qeyri-adi xəstəliklərlə hərdən rastlaşıram və cizgi filmlərdəki qəhrəmanlarla əlaqələndirməyə, müqayisə etməyə çalışıram. Onlardan bir neçəsi haqqında daha ərtaflı yazmaq istəyirəm.
Tural Qənbərli: - Xəstə cizgi film qəhrəmanları

İlk öncə “Akromeqaliya”dan yazmaq istəyirəm. Xəstəliyin yaranmasına səbəb beyində yerləşən hipofiz vəzdən ifraz olunan somatotrop hormonudur. O, uşağın endokrin sistemi formalaşmağa başlayandan ifraz olunur, 22-25 yaşadək insanlarda böyümə nöqtələri sümükləşmədiyi üçün somatotrop hormonu uzununa böyüməni təmin edir. O, həmin mərhələdə normadan artıq ifraz olunarsa, “Giqantizm” yaranar və insanın boyu 2-2.30 metrə çatar. Böyümə nöqtələri sümükləşdikdən sonra (22-25 yaşdan yuxarı) somatotrop hormonunun ifrazı davam etsə, “Akromeqaliya” xəstəliyi əmələ gələr və periferik yerlərdə boyüməni stimullaşdırar. Həmin hissələrdə qığırdaq toxuma olduğu üçün böyümə somatotrop hormonunun təsirindən davam edər və xəstə xüsusi görkəm alar, çənəsi, burnu, qulaqları, əlləri, ayaqları böyüyər, bilək kanalı daralar, oradan keçən sinirlərin kanalda sıxılması nəticəsində əllərində keyimə gedər. Belə şəxslər yüksək təzyiqdən də əziyyət çəkmək məcburiyyətində qalırlar. Xəstəliyin əsas səbəbi beyindaxili şişlərdir. Bu tip insanların hamısı zahiri görkəmcə bir-birlərinə bənzəyir. “Şrek” cizgi filminin baş qəhrəmanı da məhz “akromeqaliya” xəstəsidir.
Növbəti məlumatım “Mavi adam” barəsindədir. Daha çox ürək-damar sistemi xəstələrində müşahidə olunur. Səbəb isə ürək ritmlərini normallaşdırmaq üçün təyin olunan “amiodaron” preparatıdır. Onun uzunmüddətli qəbulu zamanı amiodaron toxumalarda (piy toxumalarında) toplanır və dəriyə mavi rəng verir, dərinin işığa həssaslığını artırır, günəş şüalanmasına məruz qaldıqda isə dəridə yanıq ləkəkələri əmələ gəlir. Preparatın qəbulunu dayandırdıqdan bir neçə ay sonra cildin normal rəngi bərpa olur. Əlavə edim ki, bu zaman qanda heç bir patoloji dəyişiklik olmur. Amiodaron qəbul edən xəstələrin 1-10%-i “mavi adam”a “çevrilir”. “Şirinlər” cizgi filminin qəhrəmanları həmin simptomlu xəstələrə bənzəyir.

Tural Qənbərli (Türkmən)
Bu xəbər oxucular tərəfindən 2219 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed