Şrift:
“Şərq Tərəfdaşlığı” proqramı üzrə ikinci sammit öz işinə başlayıb
30.09.2011 [11:01] - Gündəm
Bu gün Varşavada keçirilən “Şərq Tərəfdaşlığı” proqramı üzrə ikinci sammit çərçivəsində iki plenar iclas keçiriləcək. SİA-nın məlumatına görə, iclasda “Şərq Tərəfdaşlığı” proqramının inkişaf perspektivləri müzakirə olunacaq.
Sammitdə Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Viktor Yanukoviç, Gürcüstan prezidenti Mixail Saakaşvili, Ermənistan prezidenti Serj Sərkisyan, Moldovanın baş naziri Vlad Filat iştirak edir. Belarusu bu sammitdə bu ölkənin Varşavadakı səfiri təmsil edir.
Bu gün sammitin sonunda Yekun Bəyannaməsi qəbul olunacaq. Bundan başqa Polşanın baş naziri Donald Tusk, Macarıstan hökumətinin rəhbəri Viktor Orban, Avropa İttifaqının prezidenti German Van Rompey və Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo birgə mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramı üzrə ilk sammit 2009-cu ilin mayında Praqada keçirilib.
Bu xəbər oxucular tərəfindən 1044 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed