Şrift:
Fərəc Quliyev: -Azərbaycan artıq hərbi yolla öz torpaqlarını işğaldan azad etməlidir.
10.04.2015 [11:00] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
"Əgər diplomatik yolların həyata keçməsi üçün təzyiq vasitələrindən istifadə ediləcəksə, buyurun edin"

İstənilən müharibə sülhlə qurtarır. Digər yolu isə ya hərb, ya da danışıqlar yolu olur. Azərbaycan hər zaman diplomatik yollara üstünlük verir. Əgər beynəlxalq təşkilatlar, xüsusən də ATƏT diplomatik yolla bunu sülhə çatdıracaqsa, biz bunu inkar etmirik.

Bu sözləri Ölkə.Az-a danışan millət vəkili Fərəc Quliyev deyib.

"Artıq kifayət qədər vaxt keçibdir və ona görə də Xarici İşlər Nazirliyi öz mövqeyini ortaya qoydu. Əgər diplomatik yolların həyata keçməsi üçün təzyiq vasitələrindən istifadə ediləcəksə, buyurun edin. Yox olmayacaqsa, Azərbaycan tərəfi artıq hərbi yolla öz torpaqlarını işğaldan azad etməlidir.

Mən hesab edirəm XİN mövqeyi tamamilə doğrudur".

Ölkə.Az
Bu xəbər oxucular tərəfindən 897 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed