Şrift:
İran rejimindən kürd dilinə yaşıl işıq
10.04.2015 [11:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda qeyri-fars millətlər, xüsusi ilə də 30 milyondan çox Azərbaycan türkünün asimilasyon siyasəti altında əzildiyi bir halda, kürd fəallarına qarşı yumşaq münasibət hər zaman özünü göstərib. Bu münasibət kürd dili kursları, müxtəlif mədəni yığıncaqlar, Dünya Ana Dili Günü mərasimləri və s. kimi tədbirlərdə özünü göstərir. Halbuki, əksər halda kürd terrorizmi yanlıları mədəni fəaliyyət adı altında ciddi təxribatlarla məşğul olur.
Məlumata görə, kürd fəalları Tehran universitetində kürdlərin siyasi, iqtisadi, ədəbi və mədəni durumunu işıqlandıracaq bir dərgi üçün lesenziya alıb.

“Ruj” adlanan dərgi kürd, fars və ingilis dillərində yayımlanacaq. Həmin universitet bundan öncə kürd öyrəncilərinin mədəni, incəsənət və ədəbi qurumlarının fəaliyyətinə icazə verib.

Həmçinin Kürdistan universitetində kürd dili və ədəbiyyatının tədris olunacağı barədə məlumat yayılıb. Kürdistan universitetinin rəisi Fərdin Əxlaqian bildirib ki, “bu il universitetdə kürd dili və ədəbiyyatı tədris olunacaq və bunun üçün öyrənci qəbul ediləcək.”

Onun sözlərinə görə, kürd dili və ədəbiyyatının tədrisinə sentyabr ayında başlanılacaq.

Qeyd edək ki, Azərbaycan Milli Hərəkət fəalları heç zaman kürdlərin mədəni hüquqlarına qarşı çıxış etməyiblər. Lakin mədəni fəaliyyət adı ilə Güney Azərbaycan torpaqlarında terrorizmi yaymaq və kürd terror qruplaşmalarının Azərbaycanın qərb bölgəsinə göz tikməsi, Azərbaycan türk milləti və onun milli fəalları üçün qəbuledilməz hesab olunur və hər zaman sərt reaksiyalara səbəb olur... .
Bu xəbər oxucular tərəfindən 721 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed