Şrift:
Sərdar Cəlaloğlu: Müsavat Partiyası ilə əməkdaşlıq məsələsi aktuallığını itirib
10.04.2015 [12:20] - Gündəm, Siyasət
“Müsavat Partiyası ilə bizim partiyanın parlament seçkilərində əməkdaşlıq məsələsi artıq öz aktuallığını itirib”. Bu barədə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S.Cəlaloğlu bildirib ki, Müsavat Partiyasının mövqeyindən birmənalı şəkildə məlum olur ki, onlar hansısa bir xətt tutub getmək istəyirlər: “Bizim özümüzün bu məsələ ilə bağlı təşəbbüsümüz olmayacaq, çünki bəzən biz millət, dövlət xatirinə, demokratitya naminə müəyyən bir aktivlik nümayiş etdirəndə, bu, əks tərəfdən yalnış başa düşülür. Belə bir təsəvvür yaranır ki, ya bizim ehtiyacımız var, ya da xüsusi bir marağımız var. Bu da əksinə bizim missiyamıza kölgə salır. Ona görə də, mən heç bir addım atmayacağam”.

ADP sədrinin sözlərinə görə, əgər Müsavat Partityası özü də dərk edərsə ki, müxalifətin bir yerdə olması və uyğun qüvvələrin seçkilərdə bir yerdə iştirak etməsi milli maraqlara, dövlət maraqlarına, demokratiyaya uyğundur, təbii onda bu məsələ dəyərləndirilə bilər: “Amma yenə təkrar edirəm, bizim tərəfimizdən artıq təşəbbüslər dayandırılıb, çünki davam etdirilməsi mənasızdır”.
Bu xəbər oxucular tərəfindən 782 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed