Şrift:
Xamneyinin nümayəndəsi İranda televiziyanın qeyri-farsları təhqir etmələrini etiraf edib
10.04.2015 [12:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Möhsün Müctəhid Şəbistəri Teleradio Şirkətini başqa xalqları təhqirə etməməyə çağırıb


İranın Kütləvi İnformasiya Vasitələri, o cümlədən Teleradio Şirkəti (səda və sima) fars kimliyini ölkənin yeganə kimliyi halına gətirmək məqsədi ilə ölkədə yaşayan digər millətlərinin mənəvi varlığını hər zaman aşağılayır. Bu vəziyyət ölkədə yaşayan qeyri-fars millətlərinin reaksiyasına səbəb olunca bəzi məsullar təhlükəni duymağa və önləyici tədbirlər almağa başlayır.
Məlumata görə, dini lider Əli Xamneyinin Şərqi Azərbaycandakı nümayəndəsi vəziyyətdə bağlı xəbərdarlıq edib. Möhsün Müctəhid Şəbistəri Şərqi Azərbaycan Vilayətinin Teleradio Şirkətinin keçirdiyi mərasimdə bildirib ki, qövmçülük və millətçilikdən uzaq olmaq Teleradio Şirkətinin vəzifələrindən biridir: “Bəzi hallarda qövmçülük cərəyanının alovlandırılmasına şahid oluruq. Bu, düşmən üçün fürsət yaradır. Görürük ki, süpürgəçi rolu məsələn bir türkə verirlir. Bu yaxşı hal deyil və bunun qarşısını almaq mümkündür.”

Kütləvi informasiya vasitələrinin əhəmiyyətini vurğulayan M.M.Şəbistəri bildirib ki, “medianın məzmununa xüsusi diqqət yetirilməlidir. Ona görə ki, kütləvi informasiya vasitələri milli iqtidarın əsas təməllərindən biridir.”
Bu xəbər oxucular tərəfindən 959 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed