Şrift:
AMEA magistratura səviyyəsinə ixtisaslaşma seçimi cədvəlini acıqlayıb
10.04.2015 [13:04] - Gündəm, Gənclik, Bildiriş
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsi üzrə Akademiyanın müvafiq ixtisasları üçün ixtisaslaşma seçimi cədvəlini acıqlayıb.

Akademiyadan verilən məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirəcəyi magistratura səviyyəsinin ikinci mərhələsinə qəbul olunmaq üçün AMEA üzrə ixtisaslaşma seçimi və ixtisaslaşmalar üzrə qəbul proqramları müəyyən edilib. Bakalavrlar AMEA-da magistratura səviyyəsi üzrə ilk dəfə tədris olunacaq müvafiq ixtisaslar üzrə seçim edə bilərlər.

AMEA-da magistraturara qəbul üçün 7 ixtisas - dilşünaslıq, antropologiya, fizika, kimya, biologiya, geologiya, aqronomluq üzrə ümumilikdə 20 plan yeri ayrılıb. Magistraturaya tələbə qəbılu yalnız dövlət sifarişi əsasında aparılır.

Proqram seçiminə buraxılmaq üçün minimal 30-50 bal tələb olunur.
Bu xəbər oxucular tərəfindən 960 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed