Şrift:
Mərkəzi Bank kreditlərin verilməsinə qoyulan qadağalarla bağlı məsələlərə aydınlıq gətirdi
10.04.2015 [13:05] - Gündəm, İqtisadiyyat
Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən banklara manatla kreditlərin verilməsinin qadağan olunması ilə bağlı həqiqətə uyğun olmayan və yanlış məlumatlar verilməkdədir.

Mərkəzi Bankdan bildiriblər ki, banklara manatla kreditlərin verilməsinin qadağan edilməsi ilə bağlı hər hansı bir göstəriş verilməyib.

Azərbaycanda fəaliyyət göstərən banklar qanunvericiliyə uyğun olaraq kreditlərin hansı valyutada verilməsini müəyyən etməkdə sərbəstdirlər.

Hazırda banklar həm manat, həm də xarici valyutada kreditləşməni davam etdirirlər.
Bu xəbər oxucular tərəfindən 844 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed