10.04.2015 [14:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycan Vilayətinin Soyuqbulaq (Mahabad) şəhərinin həbsxanasında məhbusların saxlanma şəraiti daha da pisləşib. Bu proses keçən ay zindan rəisinin dəyişilməsindən sonra başlayıb.
Şahrox Əhmədzadənin yerinə gələn Həsən Hüseynpur, məhbusların görüş və məzuniyyət proqramını dəyişib və bununla da məhbusların ciddi narazılığına səbəb olub. Yeni vəziyyətə etiraz edən məhbuslar isə sürgünə göndərilmək, görüşlərinə qadağa qoyulmaq və məhkəmə qarşısına çıxarılmaqla hədələnir. Bu barədə “Herana” xəbər agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, zindanda həbsxananın tutumundan təxminən iki dəfə çox məhbus saxlanılır. Bu isə həbsxananın müxtəlif bölümlərində xüsusi sıxlığa səbəb olur. 40-a yaxın siyasi məhbus isə başqa ittihamlara görə həbs edilən məhbuslarla birgə saxlanılır. Halbuki, zindan qanunlarına görə, siyasi məhbuslar digər məhbuslardan ayrı saxlanmalıdır.

Bu xəbər oxucular tərəfindən 833 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |