Şrift:
Tehranla Ər-Riyad müharibənin astanasında
11.04.2015 [09:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yəməndə husilərə qarşı Səudiyyə Ərəbistanının rəhbərliyi altında hava hücumları davam edərkən İranın Yəmənə döyüş gəmiləri göndərdiyi bildirilir




Bu haqda İranın ingiliscə yayımlanan dövlət televiziyası Press TV Admiral Həbibullah Səyyarinin açıqlamasını yayıb . İranlı admiral donanmanın İranı təhdidlərdən qoruyacağını deyib.

Bu arada Misir də Yəmən sahillərinə açıq döyüş gəmiləri göndərib.

Digər tərəfdən ölkənin cənubunda İranyönümlü husi üsyançıları ilə Yəmən prezidentinə sadiq qüvvələr arasında qarşıdurmalar davam edir.

Xarici bir döyüş gəmisinin şəhərin içi və ətrafında yerləşən mövqeləri top atəşinə tutduğu da bildirilir.

Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı olan koalisiya qüvvələri hava hücumlarında Ədənin şimalındakı bir hava bazasını vurub. Üsyançılar bölgədən qaçmaq məcburiyyətində qalıb.

Koalisiya təyyarələri paytaxt Sənada da hərbi hədəflərə hava hücumları təşkil edib.
Bu xəbər oxucular tərəfindən 662 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed