Şrift:
Partiya sədri: -Təhdidlərin qarşısında dayana biləcək gücdəyik.
11.04.2015 [10:09] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Azərbaycanda keçirilən böyük tədbirlər zamanı düşmənlərimizin lobbiçilik fəaliyyəti qüvvətlənir. Bunu biz “Eurovision” mahnı müsabiqəsi zamanı da görmüşük. Onlar indi Azərbaycanın müsbət imic qazanmasının, reytinqinin yuxarı olmasına əngəl yaratmağa çalışırlar və Avropa qurumlarında olan adamlarını işə salırlar”. Bunu SİA-ya Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev Avropa Siyasəti Araşdırmaları Mərkəzinin Bakı 2015 Avropa Oyunlarını boykot çağırışına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu əngli yaratmağa çalışanlar çox deyil: “Bəzən bunlar şişirdilir. Belə təşkilatlarda da bir-iki nəfərin çağırışı, erməni lobbisi tərəfindən ələ alınması gözlənilən məsələdir. Bu da ideoloji, fikir savaşıdır”.

F. Quliyev hesab edir ki, Azərbaycan tərəfi bu savaşda kifayət qədər güclüdür: “Belə təhdidlərin qarşısında dayana biləcək gücdəyik. Ona görə də bunu təhlükəli hesab etmirəm”.

Elvin Abdulqədirov
Bu xəbər oxucular tərəfindən 958 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed