11.04.2015 [20:36] - Gündəm, Afişa, Mədəniyyət
Avropa Təhsil, Gənclər və İdman Dövlət Dəstəyi Proqramı olan Erasmus+ proqramı çərçivəsində Azərbaycan Respublikasının Belçika Səfirliyinin də xəbərdar olduğu, 2015-ci ilin aprel ayının 11-17-də “Yüksək təhsil və fərdi inkişaf təşviq etmək. Bir-birlərinin təcrübələrindən öyrənmək” adlı mübadilə layihəsini Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi həyata keçirir.
Belçikadan və Azərbaycandan olan gənc tələbələrin maarifləndirilməsi məqsədi ilə Bakı proqramına Bakı Uşaq Teatrının repertuarında olan Arzu Soltanın qələmə aldığı İntiqam Soltanın quruluş verdiyi “ Xaş-xaşın göz yaşı” tamaşası daxil edilib. Həmişə maraqlı layihələrdə yer alan Bakı Uşaq Teatrı bu dəfə də bu ənənəni pozmamış, 12 aprel saat 19:00-da Q. Abbasov adına mədəniyyət sarayında tamaşanı nümayiş olunacaq.
“Xaş-xaşın göz yaşı” tamaşası Avropa Şurasının Pampidou Qrupu tərəfindən narkotiklərə qarşı mübarizədə gənclərin fəal iştirakı ilə həyata keçirilən innovativ layihə olaraq tanınıb və 80 layihə arasında ilk üçlüyə düşmüşdür.
Bu AİDS mövzusunda Azərbaycanda hazırlanmış ilk maarifləndirici teatr tamaşasıdır. Tamaşa Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı numayəndəliyinin sifarisi ilə hazırlanıb. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurdugu faciələr, AIDS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvur yaradır.
Çətin vəziyyətə düşmüş gənclərə cəmiyyətin yanlış münasibəti, ailə-məişət problemləri, yeniyetmələrin başa düşülmə və özünü təsdiq ehtiyacının ödənməməsi onları uçuruma yuvarladan amillər kimi nəzərdən kecirilir. Səhnə əsəirində qoyulan problemlər bir qrup tələbə gəncin timsalında tamaşaçıya çatdırılır. Qarşılaşdıqları irili-xırdalı çətinliklərə tab gətirməyən gənclər asanlıqla “dərdlər unutduran” vasitəyə qurşanırlar. Valideynlərin yanlış münasibəti isə buna təkan verir.
Tamaşa yeniyetmələr və böyüklər üçün nəzərdə tutulub.. Tamaşanın müddəti 1 saat 15 dəqiqədir.

Bu xəbər oxucular tərəfindən 1176 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |