11.04.2015 [20:43] - Gündəm, Gənclik, Fotolent
Dörd il bundan əvvəl yaradılmış Avropa Azərbaycan Məktəbində dərslərin daha maraqlı keçməsi üçün dünya pedaqoji irsinə əsaslanan təlimin üsul və texnologiyaları diqqət mərkəzindədir.Dərslərin elmi dəyərlərini yüksəltmək üçün keçirilən bütün tədbirlərdə şagirdlərin fəallığı gündən-günə yüksəlir.Tədbirlərin çoxunun təşəbbüskarı şagirdlərin özüdür.
Məktəbdə keçiriln budəfəki tədbirdə həftənin əvvəlindən başlanan kimya, fizika, biologiya dərslərinə yekun vurulmuşdur. Məktəbin dəqiq elmlər kafedrası tərəfindən müəyyənləşdirilən mövzular ətrafında elm və texnologiya məsələləri ilə ilgili fikir mübadiləsi təcrübi tapşırıqlara əsaslanan materiallarla möhkəmləndirilmişdir.
Elm və texnologiya həftəsinin yekun məşğəsində fənn müəllimləri maraqlı mülahizələrlə çıxış etmişlər. Biologiya müəllimi Fəridə Cəfərova şagirdləri dərman bitkiləri haqqında bilgilər verən stendlərin materialları ilə tanış edəndən sonra "Dərman bitkiləri və xalq təbabəti" mövzusunda söhbətini çay süfrəsi ətrafında davam etdirmişdir. Vəliyeva Gülnar müəllimə fiziki hadisələr, kimyəvi reaksiyalar, atmosfer təzyiqi haqqında söz açmışdır. Məktəbin təcrübəli kimya müəllimi İmran Rəhimov, onun gənc həmkarları Qadir Mikayılov və Ayaz Talıbov əyləncəli kimyəvi hadisələr ilə tədbiri zənginləşdirmişlər.
Elm və texnologiyar həftəsinin hazırlamasının ideya müəllifi Avropa Azərbaycan Məktəbinin direktoru Graeme Pollockdur.
Nazim Nəsrəddinov.
10.04.2015.

Bu xəbər oxucular tərəfindən 7366 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |