13.04.2015 [10:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güclü külək Güney Azərbaycanın Ərdəbil vilayəti çənginə alıb. Bu səbəbdən cümə gündən bəri Ərdəbil vilayəti, xüsusi ilə də mərkəzi şəhərlərdə bir sıra problemlər yaşanır.
Məlumata görə, Meşginşəhrin Meteoroloji idarəsi cümə günü küləyin sürətinin saatda 71 kilometrə çatdığını bildirib. Bunun nəticəsində şəhəri toz-duman bürüyüb və bir neçə ağac qırılıb.
Oxşar vəziyyət digər şəhərlərdə də yaşanıb. Ərdəbil, Nir, Nəmin, Germi və Səreyn kimi şəhərləri də güclü külək nəticəsində toz bürüyüb və insanların gündəlik həyatında probləmlər yaranıb.
Küləyin sürətinin bəzi məntəqələrdə saatda 90 kilometrə çatdığı qeyd olunur.
Ərdəbilin Meteoroloji idarəsinin ekspertləri Ərdəbil vilayətinin mərkəzi bölgələrinə xəbərdarlıq edib və əhalini güvənlik tədbirləri almağa çağırıb.

Bu xəbər oxucular tərəfindən 670 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |