Şrift:
İran rəsmisi: Lozannadakı ilkin nüvə sazişinin mətni sadəcə olaraq bir qaralamadır
13.04.2015 [10:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
"Hesab edirik ki, yekun nüvə razılaşmasında İranın qabaqlayıcı hərbi silahlarının istehsalı ilə bağlı hüququ tanınmalıdır"



Aprelin 10-da Tehranın cümə namazına rəhbərlik edən axund Əhməd Xatəmi ölkənin Qərblə apardığı nüvə müzakirələrindən və Lozannadakı ilkin sazişdən danışıb.
Əhməd Xatəmi deyib ki, Lozannadakı ilkin sazişin mətni sadəcə olaraq bir qaralamadır: “Qərblə nüvə danışıqları aparan İran nümayəndə heyətinin yalnız nüvə məsələsində müzakirə aparmağa haqqı var. Onun hərbi məsələlərlə bağlı danışıqlar aparmağa ixtiyarı yoxdur. Çünki ölkənin hərbi baxımdan inkişafına zərrə qədər xələl gəlməməlidir. Biz əldə edilən razılaşmaya görə, sadəcə olaraq atom bombası istehsal etməyəcəyik. Lakin hesab edirik ki, yekun nüvə razılaşmasında İranın qabaqlayıcı hərbi silahlarının istehsalı ilə bağlı hüququ tanınmalıdır.

Axund Xatəmi deyib ki, yekun nüvə razılaşmasının mətni tam şəffaf yazılmalı, onun müxtəlif şəkillərdə təfsir olunmasından hər hansı su-istifadəyə yol verilməsinin qarşısı alınmalıdır”.
Bu xəbər oxucular tərəfindən 711 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed