13.04.2015 [13:20] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycanda dərman preparatlarının baha satıldığı heç kimdə şübhə doğurmur. Digər tərəfdən, apteklərdə dərman preparatlarının vahid qiymətinin olmaması da alıcıları narahat edən başlıca problemlərdəndir. Eyni dərmanlar fərqli apteklərdə fərqli qiymətlərə satılır. Hətta bir-birinə yaxın məsafədə yerləşən apteklərdə eyni dərmanın qiymətində kəskin fərqlərin olduğu üzə çıxır. Bu qiymət fərqləri özünü əsasən də paytaxtın mərkəzində daha qabarıq şəkildə göstərir.
Mövcud problemin qarşısını almaq məqsədi ilə Səhiyyə Nazirliyi vahid qiymətin tətbiqini vacib sayır. Hesab olunur ki, vahid qiymət siyasəti tətbiq edildikdə, dövlət qeydiyyatına alınmış və dövlət reyestrinə daxil edilmiş bütün dərman preparatlarının qiymətləri həm özəl, həm də dövlət apteklərində eyni, təsdiq olunmuş qiymət əsasında olacaq.
İxtisasca terapevt olan millət vəkili Fərəc Quliyev bildirdi ki, istehlakçı hüququnun müdafiəsi naminə eyni dərmanların satışında vahid qiymət siyasəti məqsədəuyğundur: "Bazarda qiymətləri tələblə təklif müəyyənləşdirir. Amma hər halda dərman preparatları elə bir tələbat malıdır ki, onunla bağlı hökumətin bazara müdaxiləsi lazımdır. Bazar mülki cəmiyyət münasibətlərində dövlətin istehlakçı hüquqlarına kömək etmək naminə müdaxiləsi qəbul olunandır. Hər halda elə bir addım atmaq mümkündür ki, dərmanların qiyməti fantastik rəqəmlərlə ölçülməsin. Ölkəmizdə maya dəyəri yüksək olanda satıcı da malın üzərinə xeyli əlavə vəsait qoymalı olur. Onda dərman da baha başa gəlir. Bu istiqamətdə sahibkarlara müəyyən güzəştlər tətbiq edilsə, dərmanların qiyməti ucuz olmaqla yanaşı, sahibkarlar keyfiyyətli mal gətirməkdə maraqlı olar”.

Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 895 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |