13.04.2015 [13:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mahabad Telekanalı peykdən yayımlanacaq
Kürd terror qruplaşmalarının Azərbaycanın qərb bölgəsinin Kürdləşdirilməsi və bu ərazidə ilk növbədə Kürdistan vilayətinin yaradılması ideyası hər zaman İran rejimi tərəfindən yaşıl işıqla qarşılanıb. Bölgənin demoqrafik tərkibini dəyişdirmək, kürdlərin mənəvi hakimiyyətini təmin etmək, iqtisadi baxımdan Azərbaycan türklərini sıxışdırmaq və son zamanlar isə artıq bölgənin Kürdistan vilayəti olmasına hüquqi zəmin yaratmaq uğrunda gizli vəya açıq şəkildə bir sıra proseslər gedir.
Görünür ki, proseslərin bugünki mərhələsində Qərbi Azərbaycanın rejim tərəfindən təyin edilmiş valisi öz öhdəliyini yerinə gətirmək niyyətindədir. Qurbanəli Səadət elan edib ki, “Mahabad Telekanalının peykdən yayımlanması üçün lesenziya alınacaq və bu zəmində işlər gedir.”
Vali bu barədə Mahabad Teleradio Şirkətinin məsulları ilə görüşdə məlumat verib. O bildirib ki, “lesenziya alındıqdan sonra lazimı təchizatın alınması üçün büdcə təmin olunacaq.”
Vurğulamaq lazımdır ki, proqramların peyk vasitəsi ilə yayımlanması ölkə vilayətlərinin mərkəzinə məxsusdur və İranda digər şəhərlər üçün belə bir təcrübə olmayıb. Bu isə gələcəkdə Mahabad mərkəz olmaqla Kürdistan vilayətinin yaradılması uğrunda gedən bir prosesdir və buna zəmin hazırlamaq deməkdir.
Bir daha xatırladaq ki, Azərbaycan xalqı, xüsusi ilə də Güney Azərbaycanın qərb bölgəsində yaşayan əhali İran rejimi və kürd terror qruplaşmalarının bu kimi cəhdlərinə uzun illərdir şahid olur... .

Bu xəbər oxucular tərəfindən 882 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |