13.04.2015 [21:07] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin həbsi ilə bağlı mətbuatda müzakirələr gedir.
Qeyd edək ki, Tamerlanın həbsini onun atası Şərif Əsədullayev özü xahiş etdiyi bildirilir. Belə ki, hadisəni eşidən kimi o, polis orqanları ilə əlaqə saxlayıb və bu barədə məlumat verib. Sözügedən hadisə Azərbaycanda qanunun aliliyini göstərən bir fakt kimi dəyərləndirilir.
Hadisə ilə bağlı açıqlamalarda bildirilir ki, Tamerlan dostları ilə müəyyən bir məkanda olduğu zaman dava-dalaş baş verib. Və Şərif Əsədullayevin oğlu da bu xuliqanlıq hadisəsinin iştirakçısına çevrilib.
30 ildən artıqdır ki, polis orqanlarında çalışan Şərif Əsədullayev belə hadisələrin günahkarlarının istintaqa cəlb edilməsi üçün işlər görüb.
Generalın bu davranışı ilə bağlı sualımıza Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev münasibət bildirib.
F. Quliyev hesab edir ki, Məmurlar qanunu pozan övladlarını cəzadan uzaqlaşdırmaq üçün qapı-qapı gəzmək əvəzinə onları məsuliyyətə cəlb etsələr bu Azərbaycan qanunlarına hörmətdir. Qanunun aliliyinin qorunması dövləti qoruyan əsas prinsiplərdən biridir. Bir şeyi qəbul etməliyik ki, "Qanun şahdır, Şah qanun deyil..."
Generalın bu davranışı bir örnək davranışdır...
davam.az

Bu xəbər oxucular tərəfindən 774 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |