14.04.2015 [20:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Davam.az GünAz TV-yə istinadən xəbər verir ki, Azərbaycanlı milli-mədəni fəal Oxtay Vəlizadənin ailəsi İranın təhlükəsizlik qüvvələrinin davamlı olaraq təzyiqinə məruz qalır.
Aprelin 11-də (fərvərdinin 22-də) Məlikanda təhlükəsizlik qüvvələri azərbaycanlı fəalın ailəsinin evinə müraciət edib, ailə üzvlərini dindirdikdən sonra evdə axtarış aparıb. Bu hadisə son aylarda üçüncü dəfədir baş verir.
Məmurlar həmçinin Oxtayı axtardıqlarını bildiriblər. Bu o halda baş verir ki, azərbaycanlı fəalın ailəsi onun ölkədən çıxdığını dəfələrlə təhlükəsizlik qüvvələri və məhkəmə orqanlarına elan edib. Bu isə onu göstərir ki, rejimin məmurları azərbaycanlı fəalın ailəsinə ruhi və psixoloji təzyiq göstərmək niyyətindədir.
Hal-hazırda Türkiyə Cümhuriyyətində olan Oxtay Vəlizadə
1391-ci ildə (hicri-şəmsi təqvimi ilə) qondarma ittihamlarla 8 il həbs cəzasına məhkum edilib və 1392-ci ildə 100 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb, sonra isə İranı tərk edib.
Mövzu ilə bağlı azərbaycanlı fəal GünAz TV mətbuat mərkəzinə danışıb. Oxtay Vəlizadə bildirib ki, “100 milyon tümənlik vəsiqə məsələsi öz həllini tapıb və artıq bu məbləğ Şərqi Azərbaycanın Məhkəmə məsullarına ödənilib, lakin ailəmə təzyiqlər səngiməyib!”
O əlavə edib ki, “son aylarda təhlükəsizlik qüvvələri 3 dəfə ailəmin yaşadığı evə müraciət edib və onları sorğu-suala tutub. Məmurlar evdə axtarış aparıb və ailəmi hədələyiblər. Məmurlar ölkədən çıxdığımı bildikləri halda, məni yaxalamaq bəhanəsi ilə ailəmi təzyiq altında saxlayırlar.

Bu xəbər oxucular tərəfindən 1078 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |