Şrift:
Təbrizdə taksilərin gediş haqqı artacaq
15.04.2015 [15:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz Şəhər Şurasının Təhqiq və Nəzarət Komissiyasının rəisi taksilərin gediş haqqının 20-25 faiz arta biləcəyini bildirib.
Fridun Babayi Əqdəm Şura rəisindən, taksilərin gediş haqqı məsələsinə baxılmasını istəyib. O bildirib ki, “təəssüflə ötən il gediş haqlarının dəyişilməsi məsələsində bir neçə ay təxir oldu, lakin bu il, ilin başlanğıcında bu məsələyə baxılacaq.”

F.Babayi Əqdəm gediş haqlarının 20-25 faiz arta biləcəyini diqqətə çatdırıb.

Şəhər Şurasının üzvü əlavə edib ki, “Şura rəisinə müraciət edilib və ondan istənilib ki, bu həftə keçiriləcək iclasda taksilərin gediş haqqı məsələsinə baxılsın. Ona görə ki, taksi sürücüləri gediş haqlarının ən qısa zamanda artmasını tələb edir.”
Qeyd edək ki, İran İslam Cümhuriyyətində, xüsusi ilə də mərkəzdən uzaq Azərbaycan kimi qeyri-fars bölgələrində iqtisadi problemlər bütün sahələrdə özünü göstərir. Taksi sürücüləri gediş haqqının az olmasından, əhali isə bu məbləğin çox olmasından şikayətlənir. Bu o halda baş verir ki, əhali işsizlikdən əziyyət çəkir və ölkəni bürüyən bahalıq işsizlərin məişət vəziyyətini gündən-günə ağırlaşdırır.
Bu xəbər oxucular tərəfindən 636 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed