15.04.2015 [15:13] - Gündəm, Müsahibə
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma Əliyeva ilə müsahibə
- Fatma xanım, DADP parlament seçkilərinə hazırlıq istiqamətində hansı işlər görür?
- Təbii ki, biz də digər partiyalar kimi, builki parlament seçkilərində iştirak edəcəyik. Düşünürəm ki, hər bir siyasi partiya keçirilən bütün seçkilərdə iştirak etməli və öz gücünü göstərməlidir. Siyasi partiya ölkənin ictimai-siyasi həyatına qoşulmalı və öz təklif, tövsiyyələrini verməli, seçkili orqanlarda iştirak etməlidir. Seçkiyə hazırlaşırıq və əvvəlki seçkilərdən daha müntəzəm və ciddi. Artıq bu istiqamətdə hazırlıq işlərinə start vermişik. Partiyanın Seçki Qərargahını formalaşdırmaq üzrəyik, rayon təşkilatlarına və səlahiyyətli qurumlarına bir sıra tapşırıq və tövsiyyələrimizi vermişik.
- Partiya seçkilərdə bütün dairələrdən namizəd irəli sürə biləcəkmi?
- Parlament seçkilərinin keçirilməsinə hələ bir neçə ay var. Düşünürəm ki, bu məsələr haqda danışmaq hələ tezdir. Öncə biz fəaliyyətimizi təşkilatlanmanı daha da gücləndirməyə və üzvlərimizin bu seçkidə iştirakını aktivləşdirməyə, necə deyərlər onlar arasında seçki maarifləndirmə işinin genişlənməsinə yönəltmişik. Seçkiyə hazırlıqla bağlı işimizi planlı surətdə həyata keçirməyi qarşımıza məqsəd qoymuşuq. Seçkidə hansı dairədən namizədliyimizi verəcəyimiz planımızda var, amma bu barədə hələ qəti qərara gəlməmişik. Niyyətimiz bütün seçki dairələrindən namizədimizi verməkdir. Buna partiyanın yetərincə gücü çatır.
- Seçkilər yaxınlaşdıqca müxalifət düşərgəsində də aktivlik artır, müntəzəm olaraq mitinqlər keçirilir. Sizcə müxalifət bu yolla cəmiyyəti öz tərəfinə çəkə biləcəkmi?
- Radikal müxalifət artıq məğlub olub. Çünki xalqımız dövlət başçısı cənab İlham Əliyəvə inanır, ona etimad edir. Xalqımız Ulu Öndər Həydər Əliyevin layiqli davamçısı olan Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətini bəyənir və dəstəkləyir. İlham Əliyevlə xalq arasında möhkəm birlik mövcuddur. Bu birliyi heç bir daxili və xarici qüvvə poza bilməz. Azərbaycan demokratik ölkədir, söz və mətbuat, insan hüquqları azadlığı yüksək səviyyəə qorunur. Müxalifətə də geniş şərait və imkan yaradılır ki, öz fikrini azad şəkildə bildirsin. Radikal müxalifət də bu hüquqdan istifdə edib meydana az da olsa adam çıxara bilir. Amma hər mitinq müxalifətin zəif sosial bazaya malik olduğunu isbatlayır. Müxalifət ona verilən meydandan heç bir zaman ölkəmizin ümummilli maraqlarını gündəmə gətirməyib, ancaq şəxsi maraqlarını qabardıb. Bu da onun acizliyi və gücsüzlüyünün bariz nümunəsidir. Yaxşı olardı ki, onlar güclərini meydanlarda yox, demokratik prinsiplər əsasında seçkiyə qatılmaqla göstərsinlər. Kreslo sevdasında olan muxalifət heç bir zaman uğur əldə edə bilməyəcək. Kresloya yiyələnmək meydanlardan keçmir. Azərbaycan 90-cı illərin ölkəsi deyil. Radikal müxalifət demokratik yolla hakimiyyətə gəlmək istəyirsə, buyursun, gücünü seçkilərdə sınasın.
- İyun ayında Bakıda keçiriləcək Avropa oyunları ərəfəsində bəzi xarici dairələr və onların daxildəki havadarları bu oyunlara kölgə salmağa çalışırlar. Bu cür cəhdləri necə dəyərləndirirsiniz?
- Azərbaycan artıq dünyada yetərincə tanınır. Bir sıra beynəlxalq səviyyəli yarışların Azərbaycanda keçirilməsi ölkəmizə verilən dəyərdən irəli gəlir. Sülh və əmin-amanlığın olduğu bir ölkədə yalnız belə yarışlar keçirilir. Avropa oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi böyük hadisədir. Bütün dünyanın gözü ölkəmizə yönələcək. Təbii ki, belə mötəbər tədbirin ölkəmizdə keçirilməsinə bizi sevməyən xarici qüvvələr kölgə saxlamağa çalışırlar. Amma bu bir nəticə verməyəcək. Artıq oyunlara 2 aydan az bir müddət qalib. Hazırlıqlar da yüksək səviyyədə davam edir. Bu qara piar kampanyalari bir nəticə verməyəcək. Düzdür, bu tədbirin baş tutmamasına cəhdlər göstəriləcək, amma faydası olmayacaq. Azırbaycan hakimiyyəti bütün sahələrə, xüsusən də idmanın inkişafına böyük önəm verir. Azərbaycanın idman sahəsində uğurları, ölkəmizdə idmana, idmançılara diqqət, qayğı beynəlxalq idman qurumlarının diqqətindən yayınmadığından bəzi beynəlxalq səviyyəli tədbirlərin Bakıda keçirilməsinə razılıq verilib. Bu bizim uğurumuz, düşmənlərimizin məğlubiyyəti deməkdir.
- Ümumiyyətlə, Azərbaycan bu sınaqdan da uğurla çıxacaqmı?
- Ölkəmiz bundan öncədə bir çox əhemyətli tədbirlərə ev sahibliyi edib. Müxtəlif növ idman növləri üzrə dünya, Avropa çempionatları keçirilib. Bundan başqa “Eurovision-2012” ölkəmizdə yüksək səviyyədə keçirilib. Bu tədbiri də əngəlləmək istəyirdilər. Bütün planlar puça çıxdı. Dövlətimiz Avropa Olimpia Oyunlarina böyük əhəmiyyət verir. Əminəm ki, Azərbaycan bu tədbiri də yüksək səviyədə təşkil edəcək. Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunları bu oyun tarixində unudulmaz olacaq.
- Bu günlərdə Roma Papasının qondarma erməni soyqırımına dəstəyi ilə bağlı səsləndirdiyi bəyanata münasibətiniz necədir?
- Roma Papasının açıqlaması xristian təəssübkeşliyinin bariz nümunəsidir. Din xadimi ədalətli olmalıdır, amma Papa bu ədaləti gözləmədi. Roma Papası böyük tarixi yanlışlığa yol verib. “Onun qondarma erməni soyqırımını “soyqırım” kimi qiymətləndirməsi Vatikanla Türkiyə arasında münasibətlərin kəskinləşməsinə gətirib çıxara bilər. Artıq, papanın “soyqırım” təbiri işlətməsi rəsmi Ankaranın etirazına səbəb olub. Belə ki, papa Fransisin “soyqırım” ifadəsi işlədəcəyi barədə məlumat aldıqdan sonra Türkiyənin Vatikandakı səfirliyi bu gün keçirilməsi gözlənilən mətbuat konfransını ləğv edib. Türkiyə rəsmiləri onun mövqeyinə rəsmi münasibət bildiriblər. Papa düşünmədən, Türkiyənin dünyadakı nüfuz və mövqeyini nəzərə almadan ermənilərin tarixi oyununa dəstək verdi. Bilirsiniz, qondarma erməni soyqırımı oynunun arxasında yalnız ermənilər dayanmır. Bu Türkiyə və türk dünyasına qarşı yönələn bir siyasətin ssenarisidir ki, burada Qərbin bir sıra xristian dövlətləri də dayanır. Bu ssenari Türkiyəyə bir təzyiq formasıdır. Bəs nədən Vatikan ermənilərin azərbaycanlılara qarşı soyqırımlarına münasibət bildirməyib? Xatırlayırsınızsa, Xocalı soyqırımı ərəfəsində də istintaq təhlillərinə əsasən Vatikandan rus-erməni birləşmələrinə dəstək məktubunun gəldiyi bəlli olur. Bu məktub onları həvəsləndirmək üçün yazılmışdı. Orada Roma Papasının belə bir cümləsi var idi ki, “mən bir gün gəlib erməni şəhidlərinə baş əyəcəm”. 20 il əvvəl yazılan məktuba bu gün Papa qondarma erməni soyqırımı ifadəsini işlətməklə işğalçılara dəstəyini bir daha nümayiş etdirmiş oldu. Roma Papasının aprelin 24-də İrəvanda keçiriləcək anım mərasimə qatılacağı da onu deməyə əsas verir ki, o, orada “erməni şəhidlər “inə baş da əyəcək. Papanın bu bəyanatı 1915-ci il olaylarına ədalətsiz yanaşmanın isbatıdır.
Elnur Eltürk

Bu xəbər oxucular tərəfindən 1198 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |