15.04.2015 [15:53] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
İyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarına kölgə salmaq, Azərbaycanın nüfuzuna xələl gətirmək istiqamətində beynəlxalq antiAzərbaycan qüvvələrinin fəaliyyəti davam edir. “Fredoom House”, “Amnisty İnternational”, İdman və İnsan Haqları Komitəsinin ardınca indi də Avropa Siyasəti Araşdırmalar Mərkəzi adlı qondarma qurum Bakıda keçiriləcək I Avropa Oyunlarını boykota çağırıb və bununla bağlı Avropa ölkələrinə müraciət edib. Göründüyü kimi antiAzərbaycan şəbəkə ölkəmizin nüfuzuna xələl gətirmək, onu gözdən salmaq, İ Avropa Oyunlarının qarşısını almaq üçün var gücü ilə fəaliyyətdədir. Bəs görəsən bu siyasətin əsl mahiyyəti nədən ibarətdir və müxtəlif beynəlxalq təşkilatların qərəzli bəyanat və açıqlamaları I Avropa Oyunlarına hansısa formada mənfi təsir göstərəcəkmi?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyir ki, Azərbaycanda keçirilən böyük tədbirlər zamanı düşmənlərimizin lobbiçilik fəaliyyətinin gücləndiyinin dəfələrlə şahidi olmuşuq: “Bunu biz uzağa getmədən, 2012-ci ildə Bakıda keçirilmiş "Eurovision" mahnı müsabiqəsi zamanı da gördük. Bu cür dairələr Azərbaycanın müsbət imic qazanmasına, reytinqinin yuxarı olmasına əngəl yaratmağa çalışırlar və Avropa qurumlarında olan adamlarını işə salırlar”. Fərəc Quliyev bildirib ki, Azərbaycana qarşı qərəzli mövqe tutan, I Avropa Oyunlarına əngəl yaratmağa çalışanlar o qədər də çox deyil: "Bəzən bunlar şişirdilir. Belə təşkilatlarda bir-iki nəfərin çağırışı, erməni lobbisi tərəfindən ələ alınması gözlənilən məsələdir. Bu da ideoloji, fikir savaşıdır". Millət vəkilinin sözlərinə görə, Azərbaycan tərəfi bu savaşda kifayət qədər güclüdür: "Azərbaycan dövləti olaraq belə təhdidlərin qarşısında dayana biləcək gücdəyik. Ona görə də bunu təhlükəli hesab etmirəm".
Politoloq Ramiz Alıyev deyir ki, Azərbaycanda keçiriləcək Bakı 2015 I Avropa Oyunlarının ölkəmiz üçün böyük bir anlamı var. Bu səbəbdən bəzi “hüquq müdafiə təşkilatları” Azərbaycanın bu uğuruna qısqanclıqla yanaşır, ona qarşı qarayaxma kampaniyası həyata keçirirlər: “Azərbaycanın 1 milyon qaçqınını hüquqlarını müdafiə etməyən bəzi beynəlxalq hüquq müdafiə təşkilatlarının ölkəmizin uğurlarına qısqanclıqla yanaşması onların ikili standartlardan çıxış etməsi ilə əlaqədardır. Həmin təşkilatları hüquq müdafiə təşkilatları adlandırmaq da düzgün deyil. Çünki onlar heç bir hüquqi əsasa sığmayan bəyanatlar verərək, ölkəmizə qarşı qara piar kampaniyası həyata keçirirlər”. Ramiz Alıyev bildirib ki, hər hansısa böyük idman tədbirinin keçiriləcəyi ölkəni müəyyənləşdirərkən həmin ölkədə bir çox nüanslar diqqətə alınır: “Tədbirin keçirilməsi üçün həmin ölkədə ictimai asayişin qorunması, hüquq-mühafizə orqanlarının yüksək peşəkarlıq qabiliyyəti, təhlükəsizlik orqanlarının fəaliyyəti və digər məsələlər diqqətə alınır. Azərbaycan da bundan öncə də bir çox iri tədbirlərə ev sahibliyi edib və dünyada idman ölkəsi kimi tanınıb. Yəni ölkəmizin Avropa Oyunları kimi böyük bir tədbirə ev sahibliyi etməsi heç də təsadüfi deyil. Bu tədbirin keçirilməsi üçün ideal şəraitə malik olan Azərbaycana bəzi beynəlxalq təşkilatların qısqanclıqla yanaşması məhz ölkəmizin əldə etdiyi uğurlarla əlaqədardır. “Fredom House”, “Amnisty İnternational”, Avropa Siyasəti Araşdırmalar Mərkəzi və bu təşkilatların arxasında erməni lobbisi və Azərbaycanı sevməyən qüvvələr dayanıb. Ancaq düşünürəm ki, bu tipli qara piar kampaniyaları davamlı olaraq həyata keçirilsə belə ölkəmiz bu tədbirə adına layiq şəkildə ev sahibliyi edəcək və uğur qazanacaq”.
Yeni Azərbaycan Partiyasının beynəlxalq məsələlər üzrə komissiyasının katibi Elman Nəsirov bildirib ki, I Avropa Oyunları ərəfəsində ayrı-ayrı xarici dairələr tərəfindən ölkəmizə qarşı həyata keçirilən qarayaxma kampaniyası özünü getdikcə daha eybəcər şəkildə göstərir. Onun sözlərinə görə, burada əsas məqsəd Azərbaycanın beynəlxalq aləmdəki imicinə xələl gətirməkdir. Elman Nəsirov deyib ki, bu arada Avropa Şurasının müvafiq komissiyasının Azərbaycanı korrupsiyada ittiham etməsi də absurddur: “Çünki bu gün Avropanın özündə korrupsiya biabırçı bir səviyyədədir. Misal olaraq Amerikanın Əfqanıstandakı quruculuq işlərinə 96,6 milyard vəsaitin sərf edildiyi barədə məlumatı təkzib edən əfqan parlamentariləri bildiriblər ki, həmin məbləğin heç yarısı Əfqanıstana çatmayıb. Onda həmin pullar hara gedib? Yəqin ki, ilk növbədə bu suala cavab tapçaq lazımdır. Yaxud Avropa parlamentariləri özləri açıq şəkildə etiraf edirlər ki, Avropa ölkələrində korrupsiya halları milyard dollarlarla ölçülür”.
Füzuli

Bu xəbər oxucular tərəfindən 930 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |